Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə” 2016-cı il 15 fevral tarixli 795 nömrəli və “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nın təsdiq edilməsi barədə” 2017-ci il 23 fevral tarixli 1256 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, "Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqındaAzərbaycan Respublikasının 2018-ci il 2 noyabr tarixli 1326-VQD nömrəli Qanununun icrası ilə əlaqədar qərara alıram:

1. "Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqındaAzərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədəAzərbaycan Respublikası Prezidentinin 2016-cı il 15 fevral tarixli 795 nömrəli Fərmanına (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, ¹ 2 (II kitab), maddə 259, ¹ 3, maddə 460, ¹ 4, maddə 670, ¹ 6, maddələr 1025, 1063, ¹ 7, maddə 1272, ¹ 9, maddə 1468, ¹ 10, maddələr 1614, 1638; 2017, ¹ 2, maddələr 176, 202, ¹ 3, maddə 351, ¹ 4, maddələr 530, 537, ¹ 6, maddə 1101, ¹ 7, maddələr 1314, 1346, ¹ 8, maddə 1521, ¹ 9, maddə 1637, ¹ 10, maddələr 1788, 1798, ¹ 11, maddələr 2003, 2027, ¹ 12 (I kitab), maddələr 2290, 2320; 2018, ¹ 1, maddə 36, ¹ 2, maddələr 198, 201, ¹ 3, maddələr 418, 428, 443, 445, ¹ 5, maddələr 914, 918, 926, 955, ¹ 6, maddələr 1225, 1234, ¹ 7 (I kitab), maddələr 1465, 1477, 1494, 1504, ¹ 8, maddələr 1678, 1697, ¹ 9, maddə 1840, ¹ 11, maddələr 2244, 2256, 2273, 2289, ¹ 12, maddələr 2541, 2566, 2573, 2610; Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 10 yanvar tarixli 462 nömrəli 16 yanvar tarixli 478 nömrəli fərmanları) aşağıdakı dəyişikliklər edilsin:

1.1. 4.1-ci bənddə "538.1.6” rəqəmləri "538-1.6” rəqəmləri ilə, 4.41-1-ci bənddə "538.1.6-cı” sözləri "538-1.6-cı” sözləri ilə əvəz edilsin;

1.2. 5.1-ci bəndə "212.1” rəqəmlərindən sonra ", 212.4” rəqəmləri əlavə edilsin;

1.3. aşağıdakı məzmunda 5.7-1-ci bənd əlavə edilsin:

"5.7-1. həmin məcəllənin 212.5-ci maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə həmin işlər üzrə inzibati icraata başlamış Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi ya Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi baxır;”.

2. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 fevral tarixli 1256 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, ¹ 2, maddə 200, ¹ 6, maddə 1105, ¹ 9, maddə 1638, ¹ 11, maddə 1984; 2018, ¹ 2, maddə 199, ¹ 3, maddələr 415, 419, 429, ¹ 5, maddələr 915, 927, ¹ 7 (I kitab), maddə 1481, ¹ 8, maddə 1698, ¹ 11, maddələr 2242, 2289, ¹ 12, maddələr 2556, 2597; Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 28 yanvar tarixli 492 nömrəli 4 fevral tarixli 514 nömrəli fərmanları) ilə təsdiq edilmiş "İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nın 2.1-ci, 2.5-ci 2.9-cu bəndlərinə "212.1” rəqəmlərindən sonra ", 212.4” rəqəmləri "başlanıldıqda məcəlləninsözlərindən sonra "212.5,” rəqəmləri əlavə edilsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 12 mart 2019-cu il

 

Azərbaycan.- 2019.-14 mart.- S.2.