“Sosial
sığorta haqqında”, “Ünvanlı dövlət sosial yardımı haqqında”, “Sosial müavinətlər haqqında” və
“Əmək pensiyaları haqqında” Azərbaycan
Respublikasının qanunlarında dəyişiklik edilməsi
barədə” Azərbaycan Respublikasının 2019-cu il 1 fevral tarixli
1482-VQD nömrəli Qanununun tətbiqi
haqqında
Azərbaycan Respublikası
Prezidentinin Fərmanı
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 19-cu və
32-ci bəndlərini rəhbər
tutaraq, "Sosial sığorta haqqında”,
"Ünvanlı dövlət
sosial yardımı haqqında”, "Sosial müavinətlər haqqında”
və "Əmək
pensiyaları haqqında”
Azərbaycan Respublikasının
qanunlarında dəyişiklik
edilməsi barədə”
Azərbaycan Respublikasının
2019-cu il 1 fevral tarixli 1482-VQD nömrəli
Qanununun qüvvəyə
minməsi ilə əlaqədar həmin qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikasının Nazirlər
Kabineti:
1.1. Azərbaycan Respublikası qanunlarının
və Azərbaycan Respublikası Prezidentinin aktlarının "Sosial
sığorta haqqında”,
"Ünvanlı dövlət
sosial yardımı haqqında”, "Sosial müavinətlər haqqında”
və "Əmək
pensiyaları haqqında”
Azərbaycan Respublikasının
qanunlarında dəyişiklik
edilməsi barədə”
Azərbaycan Respublikasının
Qanununa uyğunlaşdırılmasına
dair təkliflərini
üç ay müddətində
hazırlayıb Azərbaycan
Respublikasının Prezidentinə
təqdim etsin;
1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını üç ay müddətində
təmin edib Azərbaycan Respublikasının
Prezidentinə məlumat
versin;
1.3. mərkəzi
icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın
və bunun icrası barədə beş ay müddətində
Azərbaycan Respublikasının
Prezidentinə məlumat
versin;
1.4. həmin
qanundan irəli gələn digər məsələləri həll
etsin.
2. Azərbaycan Respublikasının Ədliyyə
Nazirliyi mərkəzi
icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların "Sosial sığorta haqqında”, "Ünvanlı
dövlət sosial yardımı haqqında”,
"Sosial müavinətlər
haqqında” və
"Əmək pensiyaları
haqqında” Azərbaycan
Respublikasının qanunlarında
dəyişiklik edilməsi
barədə” Azərbaycan
Respublikasının Qanununa
uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının
Nazirlər Kabinetinə
məlumat versin.
3. Müəyyən
edilsin ki:
3.1. "Sosial sığorta haqqında” Azərbaycan Respublikası
Qanununun 18-ci maddəsinin
on birinci abzasında
"müvafiq icra hakimiyyəti orqanı” dedikdə Azərbaycan Respublikasının Əmək
və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nəzərdə tutulur;
3.2. "Ünvanlı
dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikası
Qanununun 6.3-cü maddəsində
"müvafiq icra hakimiyyəti orqanı” dedikdə Azərbaycan Respublikasının Əmək
və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nəzərdə tutulur;
3.3. "Sosial müavinətlər haqqında”
Azərbaycan Respublikası
Qanununun 10.1-1-ci maddəsində
"müvafiq icra hakimiyyəti orqanı” dedikdə Azərbaycan Respublikasının Əmək
və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nəzərdə tutulur;
3.4. "Əmək
pensiyaları haqqında”
Azərbaycan Respublikası
Qanununun 30.1-1-ci və
31.1-1-ci maddələrində "müvafiq icra hakimiyyəti orqanı” dedikdə Azərbaycan Respublikasının Əmək
və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nəzərdə tutulur.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
12 mart 2019-cu il
Azərbaycan.- 2019.-14 mart.- S.3.