“Azərbaycan Respublikasının
1994-cü il 8 fevral tarixli 782 nömrəli Qanunu
ilə təsdiq edilmiş “Azərbaycan
Respublikasının Konsul Nizamnaməsi”ndə
dəyişiklik edilməsi haqqında” Azərbaycan
Respublikasının 2019-cu il 12 fevral tarixli 1500-VQD nömrəli
Qanununun tətbiqi barədə
Azərbaycan Respublikası
Prezidentinin Fərmanı
"Azərbaycan
Respublikasının 1994-cü il 8 fevral
tarixli 782 nömrəli
Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının
Konsul Nizamnaməsi”ndə
dəyişiklik edilməsi
haqqında” Azərbaycan
Respublikasının 2019-cu il
12 fevral tarixli 1500-VQD nömrəli Qanununun qüvvəyə minməsi
ilə əlaqədar
həmin qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikasının Nazirlər
Kabineti:
1.1. Azərbaycan Respublikası qanunlarının
və Azərbaycan Respublikası Prezidentinin aktlarının "Azərbaycan
Respublikasının 1994-cü il 8 fevral tarixli
782 nömrəli Qanunu
ilə təsdiq edilmiş "Azərbaycan
Respublikasının Konsul
Nizamnaməsi”ndə dəyişiklik
edilməsi haqqında”
Azərbaycan Respublikasının
Qanununa uyğunlaşdırılması
ilə bağlı təkliflərini üç
ay müddətində hazırlayıb
Azərbaycan Respublikasının
Prezidentinə təqdim
etsin;
1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını üç ay müddətində
təmin edib Azərbaycan Respublikasının
Prezidentinə məlumat
versin;
1.3. mərkəzi
icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın
və bunun icrası barədə beş ay müddətində
Azərbaycan Respublikasının
Prezidentinə məlumat
versin;
1.4. həmin
qanundan irəli gələn digər məsələləri həll
etsin.
2. Azərbaycan Respublikasının Ədliyyə
Nazirliyi mərkəzi
icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların "Azərbaycan Respublikasının
1994-cü il 8 fevral tarixli 782 nömrəli Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının
Konsul Nizamnaməsi”ndə
dəyişiklik edilməsi
haqqında” Azərbaycan
Respublikasının Qanununa
uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının
Nazirlər Kabinetinə
məlumat versin.
3. Müəyyən
edilsin ki, "Azərbaycan Respublikasının
Konsul Nizamnaməsi”nin
30-cu maddəsində "müvafiq
icra hakimiyyəti orqanı” dedikdə Azərbaycan Respublikası
Səfərbərlik və
Hərbi Xidmətə
Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələri nəzərdə tutulur.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
12 mart 2019-cu il
Azərbaycan.- 2019.-14 mart.- S.3.