“Azərbaycan Respublikasının vətəndaşlığı
haqqında” Azərbaycan Respublikasının Qanununda
dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının
Qanunu
Azərbaycan Respublikasının
Milli Məclisi Azərbaycan Respublikası
Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin
1-ci və 10-cu bəndlərini
rəhbər tutaraq qərara alır:
Maddə 1. "Azərbaycan
Respublikasının vətəndaşlığı
haqqında” Azərbaycan
Respublikası Qanununun
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
1998, ¹ 10, maddə 607; 2005, ¹ 10, maddə 905; 2008, ¹ 8, maddə
701; 2014, ¹ 6, maddə 620; 2015, ¹ 2, maddə 93, ¹ 11, maddə
1255, ¹ 12, maddə 1442; 2016, ¹ 8, maddə 1367; 2017, ¹ 6, maddə
1059; 2018, ¹ 2, maddə 161, ¹ 10, maddə 1970) 6-cı maddəsinə
aşağıdakı məzmunda
2-1-ci bənd əlavə
edilsin:
"2-1) 15 yaşı
tamam olmamış Azərbaycan Respublikası
vətəndaşının fərdi identifikasiya kartı;”.
Maddə 2. Bu qanun
2020-ci il yanvarın 1-dən qüvvəyə
minir.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
1 fevral 2019-cu il
Azərbaycan.- 2019.- 14 mart.- S.4.