Bədən Tərbiyəsi və İdman
Akademiyasında təhlükəsizlik orqanlarının 100
illiyinə həsr olunan tədbir keçirilib
Zəngin və mənalı ömrünün 25 ilini dövlət təhlükəsizlik orqanlarında xidmətə həsr etmiş ümummilli lider Heydər Əliyevin 1997-ci il martın 23-də imzaladığı Sərəncamla hər il martın 28-i Azərbaycan Respublikasının təhlükəsizlik orqanları əməkdaşlarının peşə bayramı günü kimi qeyd olunur.
Dövlət Təhlükəsizliyi Xidmətindən (DTX) AZƏRTAC-a bildiriblər ki, Azərbaycan təhlükəsizlik orqanlarının yaranmasının 100 illiyi və peşə bayramı ərəfəsində Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında tədbir keçirilib.
Tədbirdə DTX-nin rəisi, Azərbaycanın Milli Qəhrəmanı, general-polkovnik Mədət Quliyev, Milli Olimpiya Komitəsinin baş katibinin müavini Azər Əliyev, Olimpiya və dünya çempionları, idman ictimaiyyətinin nümayəndələri, Akademiyanın müəllim və tələbə kollektivi iştirak edib.
Əvvəlcə tədbir iştirakçıları ümummilli lider Heydər Əliyevin əziz xatirəsini ehtiramla yad edərək, Ulu Öndərin abidəsi önünə gül dəstələri düzüblər.
Tədbir akademiyanın akt zalında davam etdirilib. Dövlət himni səsləndirildikdən sonra dünya şöhrətli siyasi xadim Heydər Əliyevin vətənpərvərlik və peşəkarlıq irsindən, eləcə də Azərbaycan təhlükəsizlik orqanlarının inkişafındakı xidmətlərindən, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin dövlət təhlükəsizliyi orqanlarına diqqət və qayğısından bəhs edən sənədli film nümayiş olunub.
Sonda Bakı şəhəri
Tofiq Quliyev adına 12
saylı 11 illik musiqi
məktəbinin şagirdlərinin ifasında Azərbaycan xalq mahnıları, o
cümlədən ulu öndər Heydər
Əliyevin sevimli mahnıları, dünya və milli musiqi klassiklərimizin əsərlərindən
təqdim edilən hissələr tədbir iştirakçılarında
xoş ovqat yaradaraq alqışlarla qarşılanıb.
Azərbaycan.-
2019.- 16 mart.- S.2.