Fransa Milli
Assambleyasının saytında yerləşdirilən məlumatda
Azərbaycanın Birinci vitse-prezidenti ilə görüşdən
bəhs edilir
Fransa Milli Assambleyasının rəsmi
saytında Azərbaycanın Birinci vitse-prezidenti Mehriban
Əliyevanın bu qurumun sədri Rişar Ferranla
görüşü barədə məlumat yerləşdirilib.
Azərbaycanın Fransa ilə əlaqələrinin
inkişaf etdirilməsi baxımından xüsusi əhəmiyyət
daşıyan bu səfər zamanı Birinci vitse-prezident
Mehriban Əliyevanın Milli Assambleyanın sədri Rişar
Ferran ilə görüşündə Azərbaycan-Fransa əlaqələrinin
inkişafından məmnunluq ifadə edilib. Milli
Assambleyanın sədri parlamentlərarası əlaqələrin
inkişafında maraqlı olduqlarını bildirib. İkitərəfli
münasibətlərin inkişafında parlamentlərarası
əlaqələrin önəmindən
danışılıb, qarşılıqlı səfərlərin
əhəmiyyəti vurğulanıb.
Qeyd edək ki, səfər
zamanı Fransa rəsmiləri ilə keçirilən
görüşlər, aparılan danışıqlar ikitərəfli
siyasi, iqtisadi, mədəni və elmi sahələrdə əməkdaşlığın
daha da dərinləşdirilməsi, əməkdaşlığın
yeni istiqamətlərinin müəyyənləşdirilməsi
və konkret layihələrin həyata keçirilməsi ilə
bağlı geniş perspektivlər açıb.
Birinci vitse-prezident Mehriban
Əliyevanın bu səfəri Fransanın Azərbaycanla
münasibətlərə böyük önəm verdiyini,
ölkəmizlə əməkdaşlıqda maraqlı
olduğunu bir daha təsdiqləyir.
Azərbaycan. - 2019.- 16 mart.- S.2.