ADA UniversitetiTəmiz ölkəmekoloji layihəsinə start verib

 

Martın 15-də ADA Universitetində bu ali təhsil ocağının "Coca-Cola” şirkətinin birgə təşkilatçılığı ilə VII Bahar Gənclik Festivalı keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə ADA Universitetinin rektoru, səfir Hafiz Paşayev, "Coca-Cola” şirkətinin nümayəndələri, tələbələr iştirak ediblər.

Festival çərçivəsində ADA Universiteti, Ekologiya Təbii Sərvətlər Nazirliyi, "Coca-Cola” Fondu "AzEkolşirkətinin birgə əməkdaşlığı ilə "Təmiz ölkəmlayihəsinə start verilib.

Tədbir iştirakçılarını Novruz bayramı münasibətilə təbrik edən ADA Universiteti Fondunun prezidenti Natiq Hacıyev bildirib: "ADA Universiteti "Coca-Cola” şirkəti ilə 2012-ci ildən bəri əməkdaşlıq edir. Bizim birgə həyata keçirdiyimiz "Ağac əkək, təbiətə töhfə verəklayihəsi uğurla həyata keçirilib. Layihə çərçivəsində ölkəmizdə ekoloji maarifləndirmə işləri görülüb 100 minə yaxın ağac əkilib. Bu tədbir vasitəsilə start verdiyimiz "Təmiz ölkəmlayihəsi ətraf mühitin qorunmasına yönəlib inanırıq ki, biz yenə müsbət nəticələr əldə edəcəyik”.

"Coca-Cola”nın Qafqaz üzrə kommunikasiya meneceri Elşad Fərzəliyev şirkətin Azərbaycanda ətraf mühitin qorunmasına verdiyi əhəmiyyəti vurğulayıb: "Sosial məsuliyyətli bir şirkət olaraq "Coca-Cola” hər zaman fəaliyyətdə olduğu ölkələrin inkişafı üçün müəyyən işlər görür. Bu ildən etibarən "Coca-Cola” ADA Universitetinin birgə layihəsi olan "Təmiz ölkəmlayihəsinə start verilir. Ümid edirik ki, bu layihə ötən layihələr kimi uğurla həyata keçirilərək ölkəmizin ekologiyasının yaxşılaşdırılmasına öz töhfəsini verəcək”.

Qeyd olunub ki, "Təmiz ölkəmlayihəsinin əsas məqsədi plastik kütlənin təkrar emalı barədə ictimaiyyət arasında maarifləndirmə işlərinin aparılmasını, plastik butulkaların toplanaraq təkrar emala göndərilməsini təbliğ etməkdir. Layihənin icrası cəmiyyətdə təkrar emal ənənəsinin formalaşdırılması, plastik tullantıların qruplaşdırılması üçün əlverişli platforma rolunu oynayacaq. Layihənin uğurla həyata keçirilməsi üçün Bakının əsas ərazilərində plastik butulkaların toplanması üçün xüsusi konteynerlər yerləşdiriləcək.

Festivalda Novruza həsr olunan sərgi, milli geyimlərimiz, Azərbaycanın müxtəlif xalça məktəblərinin nümunələri, ləziz bayram mətbəxinin şirniyyatları ilaxır çərşənbənin özünəməxsus adət-ənənələri nümayiş etdirilib. ADA Universitetinin Bayraq meydanında quraşdırılmış plastik şüşələrdən hazırlanmış nəhəng səməni maketi isə "Təmiz ölkəmlayihəsində "ikinci həyatqazanmış uğurlu nümunələrdən biridir. Plastik səməni, həm qədim Novruz adət-ənənəsi ilə müasir ekoloji durumu tərənnüm edir. Festivala qatılmış gənclər öz növbələrində istifadə etdikləri plastik butulkaları Bayraq meydanında yerləşdirilmiş xüsusi qablara ataraq "Təmiz ölkəmlayihəsinə öz dəstəklərini əyani olaraq göstəriblər.

Tədbir Azərbaycanın estrada müğənnilərinin çıxışları ilə davam edib.

 

Azərbaycan.- 2019.- 16 mart.- S.4.