Mərkəzi
Seçki Komissiyasının qüvvədə olan bəzi
normativ xarakterli aktlarında dəyişikliklər edilməsi
barədə
Azərbaycan
Respublikası Mərkəzi Seçki Komissiyasının Qərarı
QƏRAR ą1/3
2016-cı il 26 sentyabr tarixli referendum
nəticəsində qəbul edilmiş "Azərbaycan
Respublikasının Konstitusiyasında dəyişikliklər
edilməsi haqqında” Azərbaycan Respublikasının
Referendum Aktının qüvvəyə minməsi ilə əlaqədar
müvafiq hüquqi aktların layihələrinin
hazırlanması barədə Azərbaycan Respublikası
Prezidentinin 2016-cı il 12 oktyabr tarixli Sərəncamının
2-ci hissəsinin və "Notariat haqqında” Azərbaycan
Respublikasının Qanununda dəyişiklik edilməsi barədə”
Azərbaycan Respublikasının 2018-ci il 15 noyabr tarixli 1334-VQD
nömrəli Qanununun tətbiqi haqqında Azərbaycan
Respublikası Prezidentinin 20 noyabr 2018-ci il tarixli 347 nömrəli
Fərmanının 2.3-cü bəndinin icrası məqsədilə
Azərbaycan Respublikasının Mərkəzi Seçki
Komissiyası "Normativ hüquqi aktlar haqqında” Azərbaycan
Respublikası Konstitusiya Qanununun 75.2-ci, 78.2-ci, Azərbaycan
Respublikası Seçki Məcəlləsinin 19.4-cü,
19.14-cü, 28.2-ci və 28.4-cü maddələrinə
uyğun olaraq qərara alır:
1. Azərbaycan Respublikası Mərkəzi
Seçki Komissiyasının 2009-cu il 24 avqust tarixli 23-3
saylı Qərarı ilə təsdiq edilmiş "Bələdiyyə
seçkilərində namizədliyin təsdiq edilməsi və
qeydə alınması üçün dairə seçki
komissiyasına təqdim olunan seçki sənədlərindəki
məlumatların yoxlanılması və namizədlərin
qeydə alınması Qaydaları”nda aşağıdakı
dəyişikliklər edilsin:
1.1. "Namizədə aid tələblər”
hissəsinin "b)” bəndi aşağıdakı redaksiyada
verilsin:
"seçkilərdə
iştirak etmək hüququna malik olması”;
1.2. Mətn üzrə "notariat
kontoru” sözləri "notariat ofisi” sözləri ilə əvəz
edilsin.
2. Azərbaycan Respublikası Mərkəzi
Seçki Komissiyasının 4 iyul 2008-ci il tarixli 6/23-7
saylı Qərarı ilə təsdiq edilmiş "Azərbaycan
Respublikası Prezidentinin seçkilərində namizədin irəli
sürülməsinin təsdiq edilməsi və qeydə
alınması üçün təqdim edilmiş sənədlərdə
olan məlumatların düzgünlüyünün
yoxlanılması Qaydaları”nın 1 saylı əlavəsində
mətn üzrə "notariat kontoru” sözləri
"notariat ofisi” sözləri ilə əvəz edilsin.
3. Azərbaycan Respublikası Mərkəzi
Seçki Komissiyasının 2013-cü il 5 iyun tarixli 5/29
saylı Qərarı ilə təsdiq edilmiş "Azərbaycan
Respublikasında keçirilən seçkilərdə
(referendumda) səsvermə üçün qeydiyyatdan
çıxma (səsvermə) vəsiqəsinin seçicilərə
verilməsi qaydası haqqında Təlimat”ın "2 b” və
"2 c” saylı əlavələrində "notariat kontoru”
sözləri "notariat ofisi” sözləri ilə əvəz
edilsin.
4. Azərbaycan Respublikası Mərkəzi
Seçki Komissiyasının 2015-ci il 25 may tarixli 10/87
saylı Qərarı ilə təsdiq edilmiş "Azərbaycan
Respublikasının Milli Məclisinə seçkilərdə
deputatlığa namizədliyin təsdiq edilməsi və qeydə
alınması üçün dairə seçki
komissiyasına təqdim olunan seçki sənədlərindəki
məlumatların yoxlanılması və namizədlərin
qeydə alınması Qaydaları”nın 1 saylı Əlavəsində
mətn üzrə "notariat kontoru” sözləri
"notariat ofisi” sözləri ilə əvəz edilsin.
5. Mərkəzi Seçki Komissiyası
öz səlahiyyətləri daxilində bu qərarın rəsmi
dərc edilməsi və qüvvəyə minməsi ilə
bağlı qanunvericilikdə nəzərdə tutulmuş tədbirlərin
görülməsini təmin etsin.
Sədr Məzahir Pənahov
Katib Arifə Muxtarova
Katib Mikayıl Rəhimov
15.03.2019-cu il
Azərbaycan. - 2019.- 16 mart.- S.5.