Azərbaycan ilə
OPEC arasında əməkdaşlıq
uğurla həyata keçirilir
Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyev martın 16-da Neft İxrac edən Ölkələr Təşkilatının
(OPEC) baş katibi Məhəmməd Barkindonu
qəbul edib.
AZƏRTAC xəbər
verir ki, dövlətimizin başçısı
Məhəmməd Barkindoya
dəvəti qəbul
etdiyinə və
"OPEC plus” ölkələrinin iclasında iştirakına
görə minnətdarlığını
bildirdi. Prezident İlham Əliyev Bakının dünyada neftin vətəni olduğunu vurğulayaraq, tədbirin paytaxtımızda
keçirilməsinin rəmzi
xarakter daşıdığını
dedi. Dövlətimizin başçısı Azərbaycan tərəfinin
bu tədbirin Bakıda keçirilməsi
ilə bağlı təklifinin şəxsən
Məhəmməd Barkindo
və təşkilatın
üzv dövlətləri
tərəfindən qəbul
edilməsini yüksək
qiymətləndirdi. Prezident İlham
Əliyev "OPEC plus”un
yeni bir format olduğunu nəzərə
alaraq, bu formatda ilk tədbirlərindən
birinin ölkəmizdə
keçirilməsinin əhəmiyyətini
qeyd etdi və bunu Azərbaycana
olan dostluq və etimadın göstəricisi kimi dəyərləndirdi. Dövlətimizin başçısı "OPEC plus” ölkələrinin iclasının
uğurla keçəcəyinə,
bunun da öz növbəsində
neftin qiymətinin sabitləşdirilməsi işinə
xidmət edəcəyinə
və bu qiymətin neftin istehsalçıları, istehlakçıları,
şirkətlər və
ölkələr üçün
məqbul olacağına
əminliyini ifadə etdi.
OPEC-in baş
katibi Məhəmməd
Barkindo, ilk növbədə,
dəvətə görə
dövlətimizin başçısına
minnətdarlığını bildirdi. O, hələ 1846-cı ildə dünyada ilk dəfə sənaye üsulu ilə neftin Bakıda hasil olunduğunu vurğulayaraq, tədbir iştirakçılarının Azərbaycana gəlişini
bir ziyarət kimi dəyərləndirdi.
Məhəmməd Barkindo qeyd etdi ki, Prezident
İlham Əliyev
"OPEC plus” formatında iclasın
keçirilməsi təşəbbüsü
ilə çıxış
edən ilk dövlət
başçısıdır. O, Prezident İlham Əliyev tərəfindən
bu təşəbbüsün
üç il
bundan əvvəl Davosda irəli sürüldüyünü məmnunluqla
xatırladı. Azərbaycan Prezidentinin
bu təşəbbüsünün
artıq reallığa
çevrildiyini qeyd edən Məhəmməd
Barkindo bu işdə Prezident İlham Əliyevin baxışlarını və
liderliyini yüksək
qiymətləndirdi. O, ümumiyyətlə, "OPEC plus” formatında əməkdaşlığın
başlandığı ilk gündən Azərbaycanın
bu proseslərdə fəal iştirak etdiyini vurğuladı.
Xoş sözlərə
görə minnətdarlığını
bildirən Prezident İlham Əliyev bir neçə il bundan
əvvəl Davosda
"OPEC plus” əməkdaşlıq formatı ilə bağlı təşəbbüsünü
xatırlayaraq, həmin
vaxtdan bu günə kimi həyata keçirilən
əməkdaşlıqdan məmnunluğunu
ifadə etdi.
Söhbət zamanı Azərbaycan ilə OPEC arasında uğurlu əməkdaşlığın
həyata keçirildiyi
qeyd olundu, Cənub Qaz Dəhlizinin müvəffəqiyyətlə
reallaşmaqda olduğu
bildirildi.
Azərbaycan.- 2019.-17 mart.- S.1.