ADA Universitetinin tələbələri
Sabit Rəhman və Emin Sabitoğlunu
yad ediblər
ADA Universitetində
“İrs” tələbə
klubunun təşəbbüsü
ilə Sabit Rəhman və Emin Sabitoğlunun yaradıcılığına həsr
olunmuş tədbir keçirilib. Azərbaycan Dövlət Mədəniyyət
və İncəsənət
Universitetinin (ADMİU) tələbələrinin
qatıldığı proqramda
hər iki görkəmli mədəniyyət
xadiminin irsi xatırlanıb.
ADA Universitetindən
AZƏRTAC-a bildirilib ki,
tələbələrin musiqili
çıxışları ilə yanaşı, tədbirdə filologiya üzrə fəlsəfə
doktoru, professor Şirindil
Alışanlı böyük
yazıçı və
dramaturq Sabit Rəhmanın yaradıcılığı
barədə məlumat
verib.
Daha sonra Sabit Rəhman
və Emin Sabitoğlunun ssenarist və bəstəkar kimi üzərində işlədikləri filmlər
barədə müzakirələr
aparılıb. Tələbələrin Azərbaycan Dövlət
Kino-Foto Sənədləri
Arxivindən tapdıqları
maraqlı materiallar, iki görkəmli simanın birgə ərsəyə gətirdiyi
“Hicran” tamaşasından
parçalar nümayiş
etdirilib.
Tədbirdə çıxış edən
Xalq şairi Nəriman Həsənzadə
Sabit Rəhman və Emin Sabitoğlu
barədə xatirələrini
bölüşüb.
ADMİU-nun rektoru,
Emin Sabitoğlunun qızı Ceyran Mahmudova gözəl yaradıcılıq axşamına
görə təşəkkürünü
bildirib. O etiraf edib ki, Azərbaycan
mədəniyyətini təbliğ
edən və eyni zamanda, onun
ailə üzvlərinin
irsini işıqlandıran
tədbir onda kövrək hisslər və yüksək təəssürat yaradıb.
Sonda çıxış
edən ADA Universitetinin
rektoru Hafiz Paşayev vurğulayıb ki, müasir zamanda gənclərin Azərbaycanın
ədəbiyyatı və
incəsənətinin görkəmli
şəxsləri barədə
məlumatlandırılması çox vacibdir və “İrs” tələbə klubunun belə bir təşəbbüsü
təqdirəlayiqdir. O, tələbələri
həmyaşıdları arasında bu səpkidə
maarifləndirmə fəaliyyətini davam
etdirməyə çağırıb.
Azərbaycan.- 2019.- 17 mart.- S.3.