Basqalın sənətkar
qadınlarından danışılıb
Basqal qəsəbəsi İsmayıllı
rayonunda qədim yaşayış məskənlərindəndir. Burada qədim
xalq sənətkarlığı
bu gün də yaşadılır.
Vaxtilə sərbafları (kəlağayı toxucuları)
ilə məşhur olan qəsəbədə
kəlağayı muzeyi,
bazar meydanı bu gün buraya
gələnlərin diqqətini
çəkir.
Yaxınlıqdakı Fit dağı, Fit qalası
(Mustafa xan qalası da deyilir) turizm
potensialı yüksək
olan İsmayıllıda
Basqalı özünəməxsus
gözəlliyi və
tarixiliyi ilə fərqləndirir. Basqalı abadlaşdırmaq və turistləri cəlb etmək üçün çox böyük layihələr
icra olunacaq. Prezident İlham Əliyevin bu məqsədlə xüsusi proqramın hazırlanması ilə bağlı verdiyi sərəncam qəsəbəyə
yeni həyat gətirməkdədir.
Bu fikirlər
qəsəbədə keçirilən
"Basqalın sənətkar
qadınları” mövzusundakı
seminarda səsləndirilib.
Rəmzi Novruzov adına Basqal
qəsəbə tam orta
məktəbdə təşkil
olunan seminarda Dövlət Tarix-Mədəniyyət
Qoruğunun elmi işçisi Azadə Şirəliyeva "Basqalın
sənətkar qadınları”
mövzusunda məruzə
edib. Məruzəçi hələ orta
əsrlərdən Basqalda
hər bir evdə toxuculuq dəzgahının fəaliyyət
göstərdiyini bildirib.
XX əsrdə Basqalda sexlər yaradıldıqdan sonra qəsəbə əhalisinin
əksəriyyəti toxuculuq
və boyaqçılıqla
məşğul olub.
Həmin
dövrdə basqallılar
kəlağayı toxuculuğu
sənətini 14 şəhərdə
yayıblar. Sexlərdə işləyən Basqal qadınlarının sayı
200 nəfərdən çox
idi. Bu qadınlar
toxuculuq, qəlibçilik,
məkik, ipək sərmək və boyaqçılıqla məşğul
olublar.
Məruzəçi Basqalın vəfat etmiş və bu gün fəaliyyət
göstərən sənətkar
qadınları haqqında
ətraflı məlumat
verib. Vurğulayıb ki, gələcəkdə
bu sənətkarlar haqqında məlumat bazasının yaradılması
planlaşdırılır.
Seminarda tam orta məktəbin direktoru Ağasəfər Qafarov, Azərbaycan Dövlət Turizm Agentliyinin əməkdaşı Elşən
Mustafayev, tarix üzrə fəlsəfə
doktoru Fariz Xəlilli çıxış
edərək, son vaxtlar
Basqalın sənətkar
qadınları - kəlağayı
ustaları, toxucular, dərzilər, rəssamlar,
şirniyyatçılarla yaxın
ünsiyyət qurulduğunu
bildirib, onlarla daha sıx əməkdaşlıq
ediləcəyi diqqətə
çatdırılıb.
Sonda Basqalın bir qrup sənətkar qadınına hədiyyələr
verilib.
Azərbaycan.- 2019.-17 mart.- S.6.