Maştağa qəsəbəsində
7 nömrəli Birləşmiş
Şəhər Xəstəxanasının
ərazisində yeni korpusun tikintisi ilə bağlı əlavə tədbirlər
haqqında
Azərbaycan Respublikası
Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq, səhiyyə obyektlərinin
tikintisinin davam etdirilməsi məqsədilə
qərara alıram:
1. Maştağa qəsəbəsində 7 nömrəli
Birləşmiş Şəhər
Xəstəxanasının ərazisində yeni korpusun tikintisinin başa çatdırılması
məqsədilə Azərbaycan
Respublikası Prezidentinin
2019-cu il 15 yanvar tarixli 890 nömrəli Sərəncamı ilə
təsdiq edilmiş
"Azərbaycan Respublikasının
2019-cu il dövlət
büdcəsində digər
layihələr üzrə
dövlət əsaslı
vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə
tutulan vəsaitin bölgüsü”nün 1.19.12-ci yarımbəndində göstərilən
vəsaitin 6 807 400 (altı
milyon səkkiz yüz yeddi min dörd yüz) manatı Azərbaycan Respublikasının Səhiyyə
Nazirliyinə ayrılsın.
2. Azərbaycan
Respublikasının Maliyyə
Nazirliyi bu sərəncamın 1-ci hissəsində
göstərilən məbləğdə
maliyyələşməni təmin etsin.
3. Azərbaycan
Respublikasının Nazirlər
Kabineti bu sərəncamdan irəli gələn məsələləri
həll etsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
18 mart 2019-cu il
Azərbaycan. - 2019.- 19 mart.- S.2.