Azərbaycan ilə Almaniya arasında əməkdaşlığa dair
müzakirələr aparılıb
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının xarici
siyasət məsələləri
şöbəsinin müdiri
Hikmət Hacıyev Almaniyaya səfəri çərçivəsində bu ölkənin Xarici İşlər Nazirliyinin Şərqi Avropa, Qafqaz və Orta Asiya
üzrə ofisinin rəhbəri səfir Maykl Siebert ilə görüşüb.
AZƏRTAC xəbər
verir ki, bu barədə Hikmət Hacıyev özünün Tvitter səhifəsində bildirib.
Görüşdə ikitərəfli əlaqələr,
qarşılıqlı maraq
doğuran regional və
beynəlxalq məsələlər
ətrafında geniş
fikir mübadiləsi aparılıb.
Səfər çərçivəsində şöbə müdirinin
Almaniya Prezidenti və Kansleri Aparatında, aparıcı
elmi-tədqiqat mərkəzlərində
görüşləri, həmçinin
Bundestaqda Cənubi Qafqaz mövzusunda çıxışı nəzərdə
tutulub.
Azərbaycan.- 2019.-19 mart.- S.2.