Kolumbiya Universitetinin
professoruna ADA Universitetinin
fəxri doktoru adı verilib
ABŞ-ın Kolumbiya Universitetinin Yer İnstitutunun direktoru, professor, BMT baş
katibinin Dayanıqlı
İnkişaf Məqsədləri
üzrə xüsusi müşaviri Cefri Saks ADA
Universitetinin fəxri doktoru seçilib.
ADA Universitetindən
AZƏRTAC-a bildirilib ki,
rektor Hafiz Paşayev elmi şuranın qərarına əsasən
ictimai siyasət və iqtisadiyyat elminə əhəmiyyətli
töhfələrinə görə
fəxri doktor diplomunu və universitetin xatirə medalını qonağa təqdim edib. Rektor amerikalı alimlə
ABŞ-da Azərbaycanın
səfiri qismində görüşlərini, o cümlədən
2004-cü ildə professor C.Saksın
moderatorluğu ilə
Kolumbiya Universitetində
Prezident İlham Əliyevin yerli ictimaiyyətin böyük
marağını cəlb
edən çıxışını
xatırladıb.
Verilən fəxri ada görə ADA Universitetindəki
həmkarlarına minnətdarlığını
bildirən C.Saks mərasimdə qlobal dayanıqlı inkişaf mövzusunda məruzə ilə çıxış
edib. Vurğulayıb ki, bəşəriyyətin
qarşısında duran
müxtəlif təhdidləri
nəzərə alaraq,
dünya ölkələri
dayanıqlı inkişafı
hədəfləməlidirlər. Ətraf mühitə dağıdıcı
təsirini göstərən
müasir ekstensiv iqtisadiyyatların təsirini
təkcə istehsalçı
deyil, istehlakçı
da anlamalı və məntiqli yanaşmanı bir qaydaya çevirməlidir.
Xüsusilə enerji sahəsində
alternativ resurslara müraciətin qaçılmazlığını
bildirən alim, bölgə dövlətlərini
qlobal çağırışlara
birgə əməkdaşlıqla
cavab verməyi tövsiyə edib. Azərbaycanın yerləşdiyi regionda
mövcud münaqişələrin
dərhal həlli zərurətindən danışan
professor C.Saks bildirib ki, münaqişələrin
həlli və regionun gələcəyi üçün daha sıx iqtisadi əməkdaşlığın yaradılması vacibdir.
Həmçinin nəqliyyat infrastrukturu
inkişaf etdirilməli,
milli iqtisadiyyatlar fövqəlnüfuzlardan asılı
olmayan şəkildə,
öz qüvvələri
hesabına dayanıqlı
qurulmalıdır.
Tədbir ADA Universitetinin tələbə
və professor heyətinin
sual-cavab sessiyası ilə davam etdirilib.
Qeyd edək ki, professor C.Saksın adı ABŞ-ın "Time” jurnalı tərəfindən dünyanın
100 ən nüfuzlu liderləri siyahısında
yer alır.
Azərbaycan.- 2019.-19 mart.- S.4.