Dərbənd meri: “Bakının
şəhərsalma təcrübəsini tətbiq etmək istəyirik”
"Azərbaycan
paytaxtında nəhəng dəyişikliklər baş verib”. Bunu "Report”a
Dərbənd şəhərinin
meri Hizri Əbəkərov bildirib.
O deyib ki, Bakının inkişaf yolunda çox böyük irəliləyişə nail olduğu
göz qabağındadır:
"Hər dəfə
gələndə buna
təəccüblənməmək olmur”.
Mer köhnə
"Qara şəhər”
ərazisində salınmış
"Bakı Ağşəhər”
yaşayış kompleksi
ilə tanış olduğunu söyləyib:
"Burada müsbət
mənada nəhəng
dəyişikliklər var. Biz də sizin şəhərsalmadakı
təcrübənizi öyrənib
Dərbənddə də
tətbiq etmək üçün buraya gəlmişik”.
Qonaq Azərbaycanda doğru istiqamətli siyasət yürüdüldüyünü
dilə gətirib:
"Səmti doğru
götürmüsünüz. Bakıda
hamı Prezidentdən razılıq edir,
ölkədə əvvəlki və indiki
vəziyyəti müqayisə edirlər. Prezident
tez-tez əhali ilə görüşür,
hərtərəfli kömək edir. Xalqın
qeydinə qalmaq yaxşı haldır”.
Azərbaycan.-
2019.- 20 mart.- S.4.