Pakistan İslam Respublikasının
Prezidenti Zati-aliləri
cənab Arif Alviyə
Hörmətli cənab
Prezident,
Pakistan İslam Respublikasının milli bayramı münasibətilə
Sizə və Sizin simanızda
bütün xalqınıza
öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.
Azərbaycan ilə Pakistanı möhkəm dostluq və tərəfdaşlıq
münasibətləri birləşdirir. Qarşılıqlı etimad və dəstəyə əsaslanan
dövlətlərarası münasibətlərimizin yüksək
səviyyəsi qardaş
xalqlarımızın iradəsini
əks etdirir.
Əminəm ki, ikitərəfli münasibətlərimizin inkişafı,
əməkdaşlığımızın
bütün sahələrdə
dərinləşməsi bundan
sonra da xalqlarımızın və
ölkələrimizin mənafelərinə
xidmət edəcəkdir.
Bu xoş
gündə Sizə möhkəm cansağlığı,
işlərinizdə uğurlar,
qardaş Pakistan xalqına
sülh və firavanlıq arzulayıram.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
18 mart 2019-cu il.
Azərbaycan.- 2019.- 28 mart.- S.3.