İraq Respublikasının Prezidenti Zati-aliləri cənab Bərham Salehə

 

Hörmətli cənab Prezident,

Dəclə çayında bərənin qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı xəbəri məni son dərəcə kədərləndirdi.

Baş vermiş bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə yaxınlarına, bütün İraq xalqına öz adımdan Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm.

Allah rəhmət eləsin!

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 23 mart 2019-cu il

 

Azərbaycan.- 2019.- 28 mart.- S.3.