O.S.Sultanova general-leytenant ali hərbi rütbəsinin verilməsi haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 24-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin rəisi Orxan Sedyar oğlu Sultanova general-leytenant ali hərbi rütbəsi verilsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 27 mart 2019-cu il

 

Azərbaycan.- 2019.- 28 mart.- S.3.