“Azərbaycan
Respublikasının Torpaq Məcəlləsində dəyişiklik
edilməsi haqqında” Azərbaycan Respublikasının 2019-cu
il 5 mart tarixli 1526-VQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan
Respublikasının 1999-cu il 25 iyun tarixli Qanunu ilə təsdiq
edilmiş Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin
tətbiq edilməsi barədə” Azərbaycan Respublikası
Prezidentinin 1999-cu il 4 avqust tarixli 176 nömrəli Fərmanında
dəyişiklik edilməsi haqqında
Azərbaycan
Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini
rəhbər tutaraq, "Azərbaycan Respublikasının
Torpaq Məcəlləsində dəyişiklik edilməsi
haqqında” Azərbaycan Respublikasının 2019-cu il 5 mart
tarixli 1526-VQD nömrəli Qanununun qüvvəyə minməsi
ilə əlaqədar həmin qanunun tətbiqini təmin etmək
məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikasının
Nazirlər Kabineti:
1.1. Azərbaycan Respublikası
qanunlarının və Azərbaycan Respublikası Prezidentinin
aktlarının "Azərbaycan Respublikasının Torpaq Məcəlləsində
dəyişiklik edilməsi haqqında” Azərbaycan
Respublikasının Qanununa uyğunlaşdırılması
ilə bağlı təkliflərini üç ay müddətində
hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə
təqdim etsin;
1.2. Azərbaycan Respublikası
Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin
qanuna uyğunlaşdırılmasını üç ay
müddətində təmin edib Azərbaycan
Respublikasının Prezidentinə məlumat versin;
1.3. mərkəzi icra hakimiyyəti
orqanlarının normativ hüquqi aktlarının həmin
qanuna uyğunlaşdırılmasını nəzarətdə
saxlasın və bunun icrası barədə beş ay müddətində
Azərbaycan Respublikasının Prezidentinə məlumat
versin;
1.4. həmin qanundan irəli gələn
digər məsələləri həll etsin.
2. Azərbaycan Respublikasının
Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti
orqanlarının normativ hüquqi aktlarının və
normativ xarakterli aktların "Azərbaycan
Respublikasının Torpaq Məcəlləsində dəyişiklik
edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa
uyğunlaşdırılmasını təmin edib Azərbaycan
Respublikasının Nazirlər Kabinetinə məlumat versin.
3. "Azərbaycan
Respublikasının 1999-cu il 25 iyun tarixli Qanunu ilə təsdiq
edilmiş Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin
tətbiq edilməsi barədə” Azərbaycan Respublikası
Prezidentinin 1999-cu il 4 avqust tarixli 176 nömrəli Fərmanında
(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, ¹ 8,
maddə 486; 2000, ¹ 3 (I kitab), maddə 158; 2001, ¹ 12, maddə
755; 2003, ¹ 10, maddə 546; 2004, ¹ 4, maddə 231; 2006, ¹ 8, maddə
660; 2008, ¹ 3, maddə 174, ¹ 8, maddə 714; 2009, ¹ 7, maddə 542;
2012, ¹ 11, maddə 1080; 2014, ¹ 10, maddə 1217, ¹ 12, maddə
1552; 2016, ¹ 2 (II kitab), maddə 239; 2017, ¹ 7, maddə 1320, ¹ 12 (I
kitab), maddə 2342) aşağıdakı dəyişikliklər
edilsin:
3.1. 2.1-ci bəndə "95-ci maddəsinin”
sözlərindən əvvəl "56-cı maddəsinin
10-cu bəndinin birinci cümləsində (xidmət
haqqının məbləğinə münasibətdə),”
sözləri əlavə edilsin;
3.2. aşağıdakı məzmunda
2.1-1-ci bənd əlavə edilsin:
"2.1-1. həmin məcəllənin
56-cı maddəsinin 10-cu bəndinin birinci (xidmət
haqqının ödənildiyi hallara münasibətdə) və
ikinci cümlələrində nəzərdə tutulmuş
müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini
Azərbaycan Respublikasının Prezidenti həyata
keçirir;”;
3.3. 2.6-cı bəndin sonunda
nöqtə işarəsi nöqtəli vergül işarəsi
ilə əvəz olunsun və aşağıdakı məzmunda
2.7-2.9-cu bəndlər əlavə edilsin:
"2.7. həmin məcəllənin
56-cı maddəsinin 10-cu bəndinin ikinci cümləsində
"müvafiq icra hakimiyyəti orqanlarının
işçiləri” dedikdə Azərbaycan Respublikası
Prezidentinin Administrasiyasında, Azərbaycan Respublikası
Prezidentinin İşlər İdarəsində, Azərbaycan
Respublikası Prezidentinin Xüsusi Tibb Xidmətində işləyən
dövlət qulluqçuları və Azərbaycan
Respublikasının Dövlət Şəhərsalma və
Arxitektura Komitəsinin işçiləri nəzərdə
tutulur;
2.8. həmin məcəllənin
56-cı maddəsinin 10-cu bəndinin ikinci cümləsində
(ikinci halda) nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti
orqanlarının səlahiyyətlərini Azərbaycan
Respublikası Prezidentinin Administrasiyası və Azərbaycan
Respublikasının Dövlət Şəhərsalma və
Arxitektura Komitəsi həyata keçirirlər;
2.9. həmin məcəllənin
56-cı maddəsinin 10-cu bəndinin üçüncü
cümləsində nəzərdə tutulmuş müvafiq
icra hakimiyyəti orqanının səlahiyyətlərini vəsaitlərin
orqanlar arasında bölgüsü hissəsində Azərbaycan
Respublikasının Prezidenti, vəsaitlərdən istifadə
qaydası hissəsində Azərbaycan Respublikasının
Prezidenti (Azərbaycan Respublikası Prezidentinin
Administrasiyasında, Azərbaycan Respublikası Prezidentinin
İşlər İdarəsində və Azərbaycan
Respublikası Prezidentinin Xüsusi Tibb Xidmətində işləyən
dövlət qulluqçularına münasibətdə) və
Azərbaycan Respublikasının Nazirlər Kabineti (Azərbaycan
Respublikasının Dövlət Şəhərsalma və
Arxitektura Komitəsinin işçilərinə münasibətdə)
həyata keçirirlər.”.
4. Müəyyən edilsin ki,
"Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin
maddi-texniki bazasının
yaxşılaşdırılması, aparatının və
regional bölmələrinin işçilərinin sosial
müdafiəsinin gücləndirilməsi ilə bağlı əlavə
tədbirlər haqqında” Azərbaycan Respublikası
Prezidentinin 2018-ci il 27 dekabr tarixli 446 nömrəli Fərmanının
4.2-ci bəndinə uyğun olaraq, müvafiq vəsaitdən
istifadənin vahid qaydası Azərbaycan Respublikasının
Nazirlər Kabineti tərəfindən müəyyən edilənədək
Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 56-cı
maddəsinin 10-cu bəndinin üçüncü cümləsində
nəzərdə tutulmuş vəsaitlərdən istifadənin
qaydasını, Azərbaycan Respublikası Prezidentinin
Administrasiyası ilə razılaşdırmaqla Azərbaycan
Respublikasının Dövlət Şəhərsalma və
Arxitektura Komitəsi müəyyən edir.
İlham
ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri,
19 mart 2019-cu il
Azərbaycan.
- 2019.-28 mart.- S.3.