Bakı şəhərinin Nizami rayonu ərazisində “Diqlas” ticarət mərkəzində baş vermiş yanğınla əlaqədar Komissiyanın yaradılması haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

2019-cu ilin mart ayının 26-da Bakı şəhərinin Nizami rayonu ərazisində "Diqlas” ticarət mərkəzində baş vermiş yanğın nəticəsində sahibkarlara külli miqdarda ziyan dəymişdir.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, baş vermiş hadisənin səbəblərini araşdırmaq və nəticələrini aradan qaldırmaq məqsədilə qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

1.1. Bakı şəhərinin Nizami rayonu ərazisində "Diqlas” ticarət mərkəzində baş vermiş yanğınla əlaqədar Komissiya yaratsın.

1.2. görülmüş işlər haqqında mütəmadi olaraq Azərbaycan Respublikasının Prezidentinə məlumat versin.

2. Bu sərəncam imzalandığı gündən qüvvəyə minir.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 28 mart 2019-cu il

 

Azərbaycan.- 2019.- 29 mart.- S.1.