Bakı şəhərinin
Nərimanov rayonu ərazisində avtomobil yollarının yenidən
qurulması işlərinin davam etdirilməsi ilə
bağlı əlavə tədbirlər haqqında
Azərbaycan
Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər
tutaraq qərara alıram:
1. Bakı şəhərinin Nərimanov
rayonu ərazisində avtomobil yollarının yenidən
qurulması işlərinin davam etdirilməsi məqsədilə
Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsinin
dövlət əsaslı vəsait qoyuluşu xərclərinin
bölgüsündə avtomobil yollarının tikintisi və
yenidən qurulması üçün nəzərdə
tutulmuş vəsaitin 6,3 milyon (altı milyon üç
yüz min) manatı Azərbaycan Avtomobil Yolları Dövlət
Agentliyinə ayrılsın.
2. Azərbaycan Respublikasının
Maliyyə Nazirliyi bu sərəncamın 1-ci hissəsində
göstərilən məbləğdə maliyyələşməni
təmin etsin.
3. Azərbaycan Respublikasının
Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri
həll etsin.
İlham
ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri,
28 mart 2019-cu il
Azərbaycan. - 2019.- 29 mart.- S.2.