Ş.H.Xanbabayevin 1-ci dərəcəli “Əmək”
ordeni ilə təltif edilməsi
haqqında
Azərbaycan
Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər
tutaraq qərara alıram:
Azərbaycan Respublikasının
ictimai-siyasi həyatında fəal iştirakına görə
Şəmsəddin Hüseynqulu oğlu Xanbabayev 1-ci dərəcəli
"Əmək” ordeni ilə təltif edilsin.
İlham
ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri,
28 mart 2019-cu il
Azərbaycan.-
2019.- 29 mart.- S.2.