Haqq-ədalət gec-tez öz yerini tutacaq

 

31 mart Azərbaycanlıların Soyqırımı Günüdür

 

Azərbaycanın ən qədim yaşayış məskənlərindən olan Kəlbəcər rayonu təkrarsız təbiəti, zəngin təbii ehtiyatları ilə dünyada analoqu olmayan canlı bir təbiət muzeyidir. Uca dağlar, yalçın qayalar, buz bulaqlar, müalicəvi əhəmiyyətli bitkilər və çiçəkli çəmənliklər, yüzillərlə yaşı olan nadir ağaclı meşələr Kəlbəcərin təbiətini xarakterizə edən başlıca cəhətlərdəndir. Vaxtilə Kəlbəcərin mağara düşərgələrində aparılan arxeoloji qazıntıların nəticələri sübut edib ki, bu ərazidə ibtidai insanın təşəkkül tapması, formalaşması dördüncü geoloji dövrlə bağlıdır. Bu da 4 milyon ildən artıq tarix deməkdir.

Kəlbəcər Azərbaycan Respublikasının inzibati ərazi vahidlərindən biri olaraq rayon kimi 1930-cu ildə təşkil edilmişdir. Rayonun inzibati mərkəzi olan Kəlbəcər şəhəri Bakıdan 458 kilometr qərbdə, Bərdə-İstisu avtomobil yolunun kənarında, Tərtər çayının sağ sahilində yerləşir.

 

Tarixi abidələr bölgənin qədimliyindən xəbər verir

 

Rayon ərazisində çoxlu sayda tarixi abidə mövcuddur. Dəlidağ ətəyində - QaragölZalxa göllərinin sahillərində, Sarıgöl, Sərçəlidağ, Soltanheydər, Gəlinqayası və başqa ərazilərdə üzərində heyvanbaşqa canlılar təsvir edilmiş yüzlərlə qayaüstü abidələr, alban məbədləri, tarixi dönəmlərin yadigarı olan qalalar, qədim məzarlıqlar, müxtəlif əsrlərdə yaradılmış formaölçü ilə bir-birindən fərqlənən at, qoç, qəbirüstü fiqurlarsair dövlət qeydiyyatına alınmışdır. Kəlbəcərdəki Xudavəng və Gəncəsər monastır kompleksləri təkcə Azərbaycanda deyil, bütün Qafqazın alban memarlığının şah əsərlərindən hesab edilir. Təkcə bu fakt Azərbaycan xalqının ermənilərdən və gürcülərdən də yüzillər qabaq bu mədəniyyəti özündə əks etdirən çox sayda möhtəşəm abidələr yaratdığının bariz nümunəsidir.

Kəlbəcər möhtəşəm qalaları, müdafiə istehkamları ilə də zəngindir. Buradakı qədim müdafiə tikililərinin ən monumentallarından biri Lök qalasıdır. Bundan başqa, Comərd, Qalaboynu, Xudavənd, Uluxanbaşqa qalalar rayonun qədim türk yaşayış məskəni olmasından xəbər verir. Rayonda aparılan qazıntı işləri zamanı 30 min ildən çox tarixi olan qədim yaşayış məskənləri, 6 min yaşı olan qədim türk əlifbası aşkar olunmuş, yönü qibləyə doğru qazılmış iki-üç pilləli qəbirlər aşkar edilmişdir ki, bu da əski dini inancların və yaşayışın qədimliyindən xəbər verir.

 

Yeraltı yerüstü sərvətləri ilə zəngin olan rayon

 

Kəlbəcər zəngin və çeşidli sənaye tutumlu mineral-xammal ehtiyatlarına malik bölgələrimizdəndir. Rayon ərazisi qızıl, xromit, volfram, mis, molibden, qurğuşun, sink, civə, sürmə, asbest daşları, mineral boyalar, perlit, travertin, lisvenit və digər qiymətli sərvətlərlə zəngindir.

Kəlbəcər həm də içməli şirin su mənbələri ilə də seçilir. Burada 3 mindən çox bulaq, 300-dən artıq narzanmineral su mənbələri aşkar edilmişdir. Kəlbəcər istisuyu müalicəvi əhəmiyyətinə və tərkibinə görə məşhur Karlovı Varının eynisidir. Dəniz səviyyəsindən 2200 metr yüksəklikdə yerləşən İstisu kurortunda erməni işğalından əvvəl hər il minlərlə insan müalicə olunurdu.

 

Elan olunmamış müharibə Kəlbəcər sakinlərini didərgin saldı

 

Aparılan ikili standartlar nəticəsində qloballaşan dünyamızda bəşəri problemlərdən biri qaçqın həyatı yaşayan insanların sayının ilbəil artmasıdır. Demək olar ki, hər gün milyonlarla insan zora, təcavüzə, işgəncələrə, silahlı münaqişələrə məruz qalaraq öz doğma yuvasından didərgin düşür, qaçqınlıq həyatı yaşayır. Təəssüf ki, XX əsr Azərbaycan tarixinin bir çox səhifələri qaçqınlıq və məcburi köçkünlüklə bağlı olmuşdur.

Ölkəmizin geostrateji mövqeyi, zəngin təbii sərvətləri bu bölgəyə olan maraqları artırmış, azərbaycanlıların öz tarixi torpaqlarından zorla qovulması ilə nəticələnmişdir. 1988-ci ildən başlayan elan olunmamış müharibə nəticəsində digər füsunkar təbiəti, zəngin yeraltı və yerüstü sərvətləri olan Kəlbəcər də ermənilərin əlinə keçdi. Təpədən dırnağacan silahlananöz havadarlarına arxalanan ermənilər 1993-cü il aprelin 2-də Azərbaycanda gedən intriqalar, vəzifə çəkişmələri nəticəsində Qarabağın qala qapısı sayılan Kəlbəcəri işğal etdilər. Bununla da 350 metr hündürlükdə olan Murov yüksəkliyi ələ keçirilərək Dağlıq Qarabağla Ermənistan arasında ən yaxın quru yolu açıldı. Bu üstünlüyü əldə edən Ermənistan qısa müddətdə Azərbaycanın daha beş rayonunu işğal etdi. Kəlbəcərin 128 kəndi erməni hərbi birləşmələri tərəfindən yerlə yeksan edildi. Qeyri-bərabər döyüşlərdə 221 hərbçi, 263 mülki şəxs həlak oldu. Minlərlə sakin yaralandı, 321 nəfər əsir götürüldü.

 

Onlar daim dövlət başçısının diqqət mərkəzindədir

 

Həmin ərəfədə digər işğal olunmuş rayonların sakinləri kimi, kəlbəcərlilər də öz ata-baba yurdlarından didərgin düşərək respublikamızın müxtəlif bölgələrinə səpələndilər. Ağır həyat tərzi keçirən soydaşlarımızın güzəranı ancaq ümummilli lider Heydər Əliyev xalqın tələbi ilə siyasi hakimiyyətə gəldikdən sonra qaydaya düşdüonlar dövlət qayğısını hiss etməyə başladılar. Bu qayğı ulu öndərin layiqli davamçısı İlham Əliyevin prezidentliyi dövründə daha da artdı. Məcburi köçkünlər məskunlaşdıqları çadır şəhərciklərindən, yaşamaq üçün heç bir şəraiti olmayan binalardan yeni salınmış qəsəbələrə köçürüldülər. Dövlət başçısının bu sahədə yürütdüyü siyasət nəticəsində indi məcburi köçkünlər hər cür şəraitlə təmin olunmuş mənzillərdə yaşayırlar. Onların maddi-rifah halının yüksəldilməsi üçün bir sıra dövlət proqramları da qəbul edilmişdir ki, bunun da nəticəsində öz ata-baba yurdlarından didərgin düşmüş məcburi qaçqın və köçkünlərin həyat şəraiti xeyli yaxşılaşmışdır. Gəncədə 1500 məcburi köçkün ailəsi üçün salınmış qəsəbədə olarkən də bunun şahidi olduq.

Qəsəbənin açılışında iştirak edən dövlət başçısı İlham Əliyevin məcburi köçkün Ofeliya Məmmədovanın mənzilində olması, burada çay süfrəsi arxasında səmimi söhbət etməsi bu günehtiramla xatırlanır. Söhbət zamanı Ofeliya Məmmədova o tarixi hadisənin həm özü üçün, həm də övladları üçün unudulmaz xatirəyə çevrildiyini dedi. Söylədi ki, ölkə rəhbərinin "Siz öz ata-baba torpaqlarınıza qayıtdıqdan sonra bu ağır günləri xatırlayacaq, gənc nəslə nağıl kimi danışacaqsınız” deməsi məcburi köçkün ailəsində böyük ruh yüksəkliyi yaratdı.

Rayon ağsaqqalı Elman Məmmədovla söhbətimiz də nikbin ruhda oldu. Dedi ki, Kəlbəcər işğal olunanda çəkdiyimiz əziyyəti rayon sakinləri yaxşı xatırlayırlar. Biz Gəncəyə pənah gətirəndə burada da vəziyyət yaxşı deyildi. İnsanlar bir parça çörək həsrətində idilər. Əgər ulu öndər Heydər Əliyev hakimiyyətə qayıtmasaydı, nələr baş verəcəyini təsəvvür etmək o qədər də çətin deyil. Bu dahi şəxsiyyət qısa vaxt ərzində uzaqgörən siyasəti ilə ölkədə hökm sürən özbaşınalığa, anarxiyaya son qoydu. Azərbaycan tədricən inkişaf etməyə başladı. İnsanların güzəranı yaxşılaşdı. İqtisadiyyatımız yüksəldikcə məcburi köçkünlərin vəziyyəti də yaxşılaşdı. Ulu öndərin layiqli davamçısı İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti seçildikdən sonra dünyada misli görünməmiş yüksəlişə nail olduq. Qaçqın və məcburi köçkünlərin mənzil-məişət problemləri həll edildi. Mən də digər məcburi köçkünlər kimi, bu qəsəbədə mənzillə təmin olundum. Övladlarımın hamısı ali təhsillidir.

Şirin İsbəndiyarov da Kəlbəcərdən didərgin düşənlərdəndir. Rayon işğal olunanda Gəncəyə pənah gətirib. Bir müddət 6 nəfər ailə üzvü ilə birlikdə Azərbaycan Müəllimlər İnstitutu Gəncə filialının tələbə yataqxanasında məskunlaşıb. Sonra Gəncədəki məcburi köçkünlər üçün salınmış qəsəbədə dördotaqlı mənzillə təmin edilib. Bütün bunlara görə dövlət başçısına minnətdarlıq edən evin 89 yaşlı ağbirçəyi Leyli İsbəndiyarova vurğuladı ki, hər kəsə doğma yurd-yuvası əzizdir. O da digər məcburi köçkünlər kimi, Kəlbəcərdə qoyub gəldiyi evinin həsrətindədir. Əmindir ki, dövlət başçısının bu istiqamətdə apardığı siyasət tezliklə öz həllini tapacaq və yaxın vaxtlarda onun Kəlbəcər həsrətinə son qoyulacaq.

 

Köçkünlük həyatı yaşasalar da, ölkə iqtisadiyyatına töhfələr verirlər

 

Rayon sakinlərinin əsas məşğuliyyətləri tarixən əkinçilik və heyvandarlıq olduğundan köçkünlük həyatında da ata-baba peşələrindən ayrı düşməyiblər. Məskunlaşdıqları rayonlarda icarəyə götürdükləri torpaqlarda əkib-becərmiş, heyvandarlığı daha da inkişaf etdirmişlər. Ölkədə aqrar sektorun inkişafı istiqamətində yaradılan şəraitdən bəhrələnən rayon sakinləri ötən dövr ərzində çoxsaylı uğurlar əldə etmişlər. Hər il əldə olunan göstəricilərə nəzər salanda ölkədə həyata keçirilən aqrar islahatlarda kəlbəcərlilərin də payı olduğunu görmək mümkündür. 26 ildir ki, hər bir kəlbəcərli çəkdiyi zəhmət bahasına özü üçün, ailəsi üçün dolanışığın yolunu tapıb. Sosial-iqtisadi inkişafın təmin edilməsi, yeni yerlərinin açılması, sahibkarlığın dəstəklənməsi, onların fəaliyyəti üçün sağlam mühitin yaradılması istiqamətində həyata keçirilən tədbirlər rayon sakinlərinin işgüzarlığını da durmadan artırır. Məhz bunun nəticəsidir ki, ət, süd, yumurta, taxıl, bal istehsalı ildən-ilə artır. Bu nailiyyətdə Göygöldə, Samuxda, Goranboyda, Şəmkirdə, Beyləqanda, Bərdədə, Tərtərdə, Şamaxıda və sair bölgələrdə məskunlaşan kəlbəcərli köçkünlərin böyük əməyi var.

 

Rayon sakinləri olduqca nikbindirlər

 

Köçkünlük həyatı yaşasalar da, kəlbəcərlilər bu gün olduqca nikbindirlər. Kimi danışdırsan, söhbətinin əvvəlində də, sonunda da ölkəmizdə qazanılan uğurlarla fəxr etdiyini bildirir. Xüsusilə son illər Azərbaycan iqtisadiyyatının sürətli inkişafı nəticəsində insanların, xüsusilə məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdığını dilə gətirir, bu nailiyyəti ölkə rəhbərinin gərgin əməyinin nəticəsi kimi dəyərləndirirlər. Son illər ordumuzun güclənməsi hər bir kəlbəcərlidə ruh yüksəkliyi yaratmışdır. Onlar inanırlar ki, gündən-günə qüvvətlənən Azərbaycan Silahlı Qüvvələri işğal olunmuş torpaqlarımızı yaxın vaxtlarda düşməndən azad edəcək, üçrəngli Azərbaycan bayrağımız Xankəndidə dalğalanacaqdır.

 

Sabir ƏLİYEV

 

Azərbaycan - 2019.- 31 mart.- S.7.