Ermənilər digər millətlərə də qənim kəsilmişlər

 

Tarixdən məlumdur ki, ölkəmizin müxtəlif regionlarında, o cümlədən qədim Azərbaycan ərazisi hesab olunan Gəncə, Göygöl (keçmiş Xanlar), Daşkəsən (keçmiş Dəstəfur), Goranboy, Şəmkir, Gədəbəy rayonlarında gəlmə ruslar, ermənilər, almanlars. millətlərin nümayəndələri yaşamışlar.

Avropada Napoleonun müharibəsindən yoxsul vəziyyətə düşmüş almanlar Qafqaza, eləcə də adını qeyd etdiyimiz rayonlara təxminən 1816-1817-ci illərdə köç etmişlər. Bu köçün ilk dəstəsi 1819-cu ildə Gəncə yaxınlığında məskunlaşmış və burada Helenendorf (sonra - Xanlar, indi Göygöl), eləcə də Şəmkir mahalında Annenfeld yaşayış məntəqəsinin əsasını qoymuşlar.

Həmin ərəfədə Rusiya imperiyasının cənubda apardığı Osmanlı və İran müharibələrinin nəticəsi olaraq Azərbaycana, o cümlədən Gəncə, Gədəbəy, Şəmkir və digər ərazilərə xeyli sayda erməni ailələri köçürülmüşdür. Xatırladaq ki, almanlar bu ərazilərdə həmişə azərbaycanlılarla dost və mehribanlıq şəraitində yaşamış, bir-birinin dininə, məişətinə, mədəniyyətinə və dolanışığına hörmətlə, qayğı ilə yanaşmışlar. Amma ötən 200 ildən artıq bir zaman kəsiyində müşahidələr, müqayisələr, elm və tədqiqatlar sayəsində məlum olmuşdur ki, almanlardan fərqli olaraq, ermənilər bu torpaqlara məkrli niyyətlə, işğalçılıq, azərbaycanlılara qarşı soyqırımı həyata keçirmək istəyi ilə gəliblər. Onlar rusları da öz təsir dairələrinə alaraq çirkin niyyətlərini reallaşdırmaq üçün dəridən-qabıqdan çıxıblar. Gədəbəyə II Yekaterinanın çarlığı dövründən köçürülmüş ivanovkalılar Göyçəətrafı ərazilərdəki terrorçu ermənilərlə Şəmkirə köçürülmüş ermənilərin idarəetmə mərkəzi sayılan Çardaxlı kəndi arasında körpü rolunu oynayırdı. Çardaxlı kəndinin keşişi Vahan "Daşnaksütyun” partiyasının aparıcı liderlərindən idi. Onun İvanovkadan alınan tapşırıq və tövsiyələri ilə erməni-quldur birləşmələri gah Gədəbəyə, gah da Şəmkirin müsəlman kəndlərinə tez-tez basqınlar edir, sakinlərin mal-qarasını aparır, evini qarət edir, özünü və ailə üzvlərini öldürürdülər. Dənizdən-dənizə xəyalı ilə yaşayan erməni terrorçular bəzən açıq şəkildə "buradan köçün” deyə əhalini minillik ata-baba yurdlarından didərgin salmağa çalışırdılar. Bunu yaxından hiss edən Gədəbəyin Novoivanovka kəndinin naçalnik uezdi Məmməd ağa qardaşı Əskər ağa Şəkibəyovla birləşərək erməni qatillərindən can qurtarmaq üçün İvanovka kəndinin "sakinlərini” bu yerlərdən köçürmək istəyirlər. Bunu bilən Yelizavetpol (Gəncə) quberniyasının xəfiyyələri Məmməd ağanı həbs edib 25 illiyə Sibirə sürgün edirlər.

Bundan sonra quldurluq fəaliyyətlərini daha da genişləndirən terrorçu ermənilər Gədəbəydə, Şəmkirdə, qonşu Dəstəfurda (indi Daşkəsən) mütəmadi olaraq azərbaycanlılar yaşayan kəndlərə silahlı hücumlar edir, qadına, qocaya, uşağa rəhm etmədən dinc əhalini qılıncdan keçirirdilər. Kəndlilərin evini, mal-qarasını qarət edir, qızların, qadınların qulağını kəsib sırğasını, başını üzüb boyunbağısını, barmağının üzüyünü götürürdülər, axırda da kəndlinin olacağına, pəyəsinə od vururdular.

Tarixin müxtəlif mərhələlərinə dair bu kimi hadisələrlə bağlı onlarla, yüzlərlə faktlar yada salmaq mümkündür. Xatırladaq ki, ermənilər təkcə azərbaycanlılara qarşı yox, bölgədə yaşayan almanlara qarşı da düşmənçilik, qisasçılıq mövqeyi tutublar. Tarix elmləri doktoru, professor Abbas Seyidov tədqiqatlarında bu faktlara arxiv sənədləri əsasında çox geniş yer vermişdir. Bu faktlar içərisində ən diqqətçəkəni isə 1907-ci ildə Yelizavetpol (Gəncə) şəhərində "Daşnaksütyun” partiyasının bir qrup üzvünə qarşı açılmış "cinayət işidir. Şəhər pristavı köməkçisinin imzaladığı sənəddə qeyd olunur ki, 1905-ci ildən 1907-ci ilin avqustunadək "Daşnaksütyun” partiyasının yerli təşkilatının rəhbəri Koryun silahdaşları Arutyunov qardaşları ilə birlikdə Helenendorf almanlarını partiyanın xəzinəsinə xərac verməyə məcbur ediblər, o cümlədən şərab istehsalçıları olan ForerQurrdan hərəyə 30 min rubl istəyiblər. Qurr bu məbləği ödəyə bilmədiyi üçün partiyanın yerli təşkilatının qərarı ilə qətlə yetirilib.

Sənədlərdən məlum olur ki, bu, ermənilərin almanlara qarşı yeganə qətl hadisəsi deyil. Bundan əvvəl - 4 iyul 1904-cü ildə Yelizavetpol (Gəncə) quberniyasının qubernator müavini, milliyyətcə alman olan Andrey Filimonoviç Andreyev 26 sentyabr 1905-ci ildə Henrih Mayero dönəmdə başqaları da erməni terrorunun qurbanı olmuşdular. Sənəddə bildirildiyi kimi, XX əsrin əvvəlindən erməni millətçiləri Helenendorf almanlarını terror basqısı altında saxlamışlar.

1920-ci ildə sovetləşmə başlayanda erməni terrorçularının əl-qolu daha geniş açılıb. Mərkəzdəki havadarlarının köməyi ilə almanları istədikləri kimi sıxışdırıblar. Ən çox da onları antisovet fəaliyyətdə təqsirləndirərək NKVD-dəki erməni məmurların əli ilə güllələyib, bir qismini, o cümlədən Helenendorfun əsasını qoymuş hummellərin bir çoxunu Sibirə sürgün ediblər. Cinayət işindəki arxiv sənədlərindən göründüyü kimi, ermənilərin törətdiyi qətliamlar o həddə çatıb ki, 1934-cü il mayın 14-də onlar Helenendorf klubunun divarlarına "Ermənilər qaniçəndirlər, onlar kəndliləri son damla qanına qədər sorurlar” şüarları yapışdırıblar.

Həmin dövrdə oxşar hadisələr erməni terrorçuları tərəfindən yerli azərbaycanlılara və Annenfelddə (Şəmkir) yaşayan almanlara qarşı da mütəmadi olaraq törədilirdi. Şikayət etməyə, harasa yazmağa əlyeri də yox idi. Xalqın haqlı şikayəti dinlənilmir, yazdığına baxılmır və tədbir görülmürdü. Azərbaycanlıların soyqırımı və ərazisinin işğalı üçün erməni lobbisi, erməni mafiyası öz işini görürdü. 1940-cı ilin məlumatına görə, Şəmkir rayon əhalisinin təxminən 10 faizini təşkil edən ermənilər müxtəlif təşkilatlarda rəhbər vəzifələrin 90 faizini tutmuşdular. Rayondakı 26 kəndin 7-si ermənilərə, 2-si isə almanlara məxsus idi. Həmin ilin oktyabrında ermənilərin cinayət əməlləri barədə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi M.Bağırova şikayət məktubu ünvanlansa da, oradakı gözəgörünməz qüvvələrin əli ilə Mircəfər Bağırovun dərkənarı olmadan Mərkəzi Komitənin katibi Karkaryanın masasının üstünə qoyulur.

Karkaryan isə məktubu öz nəzarətində saxlamaqla Xalq Daxili İşlər Komissarlığının Şəmkir rayon şöbəsinə, dövlət təhlükəsizliyi leytenantı Kalyaginə yollayaraq onun müəlliflərini axtarmağı və ikinci katib Manuçarovu millətçilikdə ittiham edənlərin tapılmasını tələb edir.

XVIII əsrin əvvəllərində I Pyotrdan başlamış, II Yekaterinanın çarlığı dövründə davam etdirilmiş, XIX əsrin əvvəllərində rus imperatoru I Aleksandr tərəfindən genişləndirilən Cənubi Qafqaz azərbaycanlılarına qarşı soyqırımı siyasəti və ərazilərinin ermənilər tərəfindən işğalı sovet hakimiyyəti illərində pik həddə çatmışdır. Sovet hakimiyyətinin ilk illərində qədim Azərbaycan torpaqları hesabına Ermənistan Respublikası yaradılmışdır. Bu azmış kimi, Azərbaycan hökuməti tərkibində onun Mərkəzi İcraiyyə Komitəsinin 7 iyul 1923-cü il tarixli qərarı ilə Dağlıq Qarabağ Muxtar Vilayəti təşkil edilmişdir. Bu kimi qanunsuzluqlar səbəbindən ötən əsrin 80-ci illərində süquta uğrayan sovet imperiyasının varisi Azərbaycanın sərhəd bölgələrində, xüsusən də Dağlıq Qarabağda ermənilərin işğalçılıq əməllərinə göz yummuşdur. Ancaq zamandünya o deyil. Beynəlxalq təşkilatların, hüquq müdafəçilərinin və tərəqqipərvər bəşəriyyətin Azərbaycan xalqının pozulmuş hüquqlarının və respublikamızın ərazi bütövlüyünün bərpasına dair haqlı müraciətlərinə ikili standartlarla yanaşılmasına son qoyulmalıdır. Ermənistan silahlı qüvvələri qeyd-şərtsiz Dağlıq Qarabağ torpaqlarından geri çəkilməli, Azərbaycanın ərazi bütövlüyü beynəlxalq hüququn sərhədləri çərçivəsində bərpa edilməlidir.

 

Rəhman SALMANLI

 

Azərbaycan.- 2019.- 31 mart.- S.7.