Danışıqlar prosesinə yeni təkan verilib, format dəyişilməz qalıb

 

İlham Əliyev prosesin humanitar aksiyalarla dəstəklənməsinin vacibliyini bəyan etdi

 

Martın 29-da Vyanada Azərbaycan Prezidenti İlham Əliyev Ermənistanın baş naziri Nikol Paşinyan arasında Ermənistan-Azərbaycan münaqişəsinin həllini müzakirə etmək üçün növbəti görüş keçirildi. Buna qədər Prezident İlham Əliyevlə N.Paşinyan müxtəlif tədbirlər çərçivəsində 3 dəfə təmasda olmuşdular. Bu isə Ermənistandakı hakimiyyət dəyişikliyindən sonra münaqişənin həlli ilə bağlı əvvəlcədən planlaşdırılmış ali səviyyədə keçirilən ilk danışıq idi.

Məlum olduğu kimi, Ermənistanda ötən ilin may ayında baş verən hakimiyyət dəyişikliyindən sonra ölkənin yeni rəhbərliyi münaqişənin həlli ilə bağlı mövcud danışıqlar prosesinin ziddinə olan bəyanatlar verməyə başlamışdı. Bəzən isə N.Paşinyanın atdığı addımlarla həmin bəyanatlar arasında ciddi ziddiyyətlər yaranmışdı. Əsas ziddiyyətli məqam isə Ermənistan tərəfinin danışıqlar prosesinin formatının dəyişdirilməsi, Dağlıq Qarabağdakı separatçı rejimin müzakirələrə cəlb edilməsi ilə əlaqədar idi. Təbii ki, bu yanaşma məqsədyönlü şəkildə bütün danışıqların əngəllənməsinə iflic halına salınmasına gətirib çıxarmaqdan başqa bir şey deyildi. Ona görə prosesin formatının dəyişdirilməsi ilə bağlı Ermənistan rəhbərliyinin tələbləri ilk gündən beynəlxalq səviyyədə dəstəklənmədi. 9 mart tarixində ATƏT-in Minsk qrupu həmsədrləri bəyanatla çıxış edərək formatın dəyişdirilməsinin qəbuledilməzliyini bildirdilər. Avropa İttifaqı rəsmiləri formatın dəyişdirilməsinə etiraz etdilər. Məsələn, martın əvvəllərində Brüsseldə N.Paşinyanla birgə keçirdiyi mətbuat konfransında Avropa Qonşuluq Siyasəti Genişlənmə Danışıqları üzrə Avropa İttifaqının komissarı Yohannes Han Ermənistanın baş nazirinin fikirləri ilə razılaşmayaraq, münaqişənin nizamlanması üzrə mövcud danışıqlar formatının saxlanılmasının vacibliyini vurğulayıb.

Azərbaycan tərəfi isə substantiv danışıqlara hər zaman hazır olduğunu daim bəyan edib, münaqişənin nəticəyə yönəlik intensiv danışıqlar yolu ilə həlli istiqamətində həmsədrlərin səylərini dəstəkləyib. Bu mövqe Prezident İlham Əliyevin N.Paşinyanla Vyana görüşündə bir daha ifadə olundu. TASS informasiya agentliyinə müsahibəsində görüşü şərh edən Prezident İlham Əliyev deyib: "Əsas odur ki, danışıqların formatı dəyişilməz qalıb. Danışıqlar uzun illər olduğu kimi, Ermənistan ilə Azərbaycan arasında aparılır. İkincisi, danışıqlar prosesinə yeni təkan verilib. Bu da vacibdir. Biz Minsk qrupunun həmsədrlərinin 9 mart tarixli bəyanatını, - siz yəqin ki, onunla tanışsınız, - çox müsbət qiymətləndirdik. Orada deyilir ki, danışıqlar formatının dəyişdirilməsi yalnız iki tərəfin razılığı ilə ola bilər. Azərbaycan tərəfi, təbii ki, buna razılıq vermədi. Ona görə biz prinsipcə substantiv danışıqların davam etdirilməli olduğu vəziyyətə qayıtdıq”.

İlham Əliyev danışıqlar prosesinə yeni start verilməsi baxımından görüşün mühüm olduğunu bildirib. Görüşdə eyni zamanda insanlar arasında təmaslar çərçivəsində etimadı möhkəmləndirməklə bağlı məsələlər müzakirə edilib.

Vyanada Azərbaycan Prezidenti Ermənistan baş naziri arasında keçirilən görüş Azərbaycanın növbəti diplomatik uğurudur. Bu görüşün keçirilməsi bir daha təsdiq etdi ki, danışıqlar yalnız Azərbaycan Respublikası Ermənistan arasında aparılır danışıqların formatı dəyişməz qalır. Beləliklə, nəticəyə yönələn substantiv danışıqlar davam etdirilməli olduğu yerdən başlayır. Xarici işlər nazirləri səviyyəsində təmaslar davam etdiriləcək. Digər tərəfdən, bu proses humanitar aksiyalarla dəstəklənəcək.

Danışıqlar prosesinin mahiyyətinə gəldikdə, Azərbaycanın mövqeyi bəllidir birmənalı xarakter daşıyır. BMT Təhlükəsizlik Şurasının qətnamələrinin tələblərinə uyğun olaraq Ermənistan qoşunları Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmalı Azərbaycanın ərazi bütövlüyü suverenliyi təmin olunmalıdır.

 

Rəşad CƏFƏRLİ

 

Azərbaycan.- 2019.-31 mart.- S.1.