Argentina Respublikasının nümayəndə heyəti Heydər
Əliyev Mərkəzində olub
Aprelin 30-da ölkəmizdə səfərdə olan Argentina Respublikası Milli Konqresinin Deputatlar Palatasının sədri Emilio Monzonun başçılıq etdiyi nümayəndə heyəti Heydər Əliyev Mərkəzi ilə tanış olub.
AZƏRTAC xəbər verir ki, qonaqlara dünya memarlığının nadir incilərindən sayılan Heydər Əliyev Mərkəzi haqqında məlumat verilib.
Qeyd olunub ki, Mərkəzin fəaliyyəti Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin dövlətçilik fəlsəfəsinin, azərbaycançılıq ideologiyasının və Ulu Öndərin irsinin dərindən öyrənilməsinə və tədqiq edilməsinə yönəlib. Mərkəzin həyata keçirdiyi layihələr Azərbaycan tarixinin, dilinin, mədəniyyətinin və digər milli sərvətlərin beynəlxalq aləmdə təbliğinə, elmin, təhsilin, mədəniyyətin, səhiyyənin, idmanın, ekologiyanın və iqtisadiyyatın müxtəlif sahələrinin dəstəklənməsinə və inkişafına xidmət edib.
Qonaqlar mərkəzdə "Klassik avtomobil sərgisi”ni ziyarət etdilər. Heydər Əliyev Mərkəzin birinci mərtəbəsində fəaliyyət göstərən "Azərbaycan inciləri: tarixin axarında” adlı sərgidə qonaqlar Azərbaycan tarixinin bütün dövrlərini, həmçinin mədəniyyətinin müxtəlif sahələrini özündə əks etdirən eksponatlarla tanış olublar.
Mərkəzin "Mini Azərbaycan” sərgisində Bakıda və eləcə də Azərbaycanın digər bölgələrində yerləşən və tarixi-memarlıq əhəmiyyətinə malik 45 binanın maketi sərgilənir. İştirakçılara sərgilənən binaların tarixi və memarlığı haqqında ətraflı məlumat verilib.
Muzeylə
tanışlıqdan sonra E. Monzon öz təəssüratların
bölüşüb: "Onu deyə bilərəm ki,
Bakı şəhəri, burada yaşayan insanlar və
muzeylər məndə zəngin təəssürat
yaradıb. Gördüklərim, eşitdiklərim məni çox heyratləndirdi. Bakıda belə bir muzeyi ailəmlə
ziyarət etməkdən çox məmnunam”.
Azərbaycan.-
2019.-1 may.- S.6.