Azərbaycanın hərbi sənaye məhsulları beynəlxalq
sərgidə böyük maraqla
qarşılanıb
Aprelin 30-da Türkiyə
Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə
açılışı olan “İDEF-2019” XIV beynəlxalq
müdafiə sənayesi sərgisinə 70 ölkədən
1061 şirkət və 500-dən çox rəsmi nümayəndə
heyəti qatılıb. Açılışda müdafiə
sənayesi nazirinin müavini Yəhya Musayev də iştirak
edib.
“İDEF-2019” sərgisində milli
paviliyonla təmsil olunan Müdafiə Sənayesi Nazirliyinin
nümayiş etdirdiyi məmulatlar - snayper tüfəngləri,
avtomatlar, hücum pulemyotları, qumbaraatanlar, minaatanlar,
pirotexniki vasitələr, optik sistemlər, döyüş
maşınları, pilotsuz uçuş aparatları, müxtəlif
çaplı döyüş sursatları və digər hərbi
təyinatlı məhsullar tədbirin ilk günü ziyarətçilər
tərəfindən böyük maraqla qarşılanıb.
Tədbirə qatılan Azərbaycanın
müdafiə naziri, general-polkovnik Zakir Həsənov və digər
güc qurumlarının nümayəndələri Müdafiə
Sənayesi Nazirliyinin stendini ziyarət edib və nümayiş
etdirilən məmulatlarla yaxından tanış olublar.
Sərgi çərçivəsində
nazir müavini Yəhya Musayevin dost və müttəfiq
ölkələrin rəsmi nümayəndə heyətləri,
habelə bu sektorda fəaliyyət göstərən
aparıcı firmaların nümayəndələri ilə
görüşləri təşkil olunacaq.
Sərgi işini mayın 3-dək
davam etdirəcək.
Azərbaycan.-
2019.- 1 may.- S.6.