Aleksandr SEROV: “Mən təbiətən romantik adamam

 

"Mən Azərbaycanı çox sevirəm. Bu ölkə dünyaya Müslüm Maqomayev, Rəşid Behbudov, Polad Bülbüloğlu kimi istedadları, digər görkəmli insanları bəxş edib.

Ölkənizin paytaxtı Bakı haqqında danışmaqla qurtarmaz. Bu, MBD-nin ən gözəl qonaqpərvər şəhərlərindən biridir”.

Rusiyalı müğənni Aleksandr Serov bu fikirləri Heydər Əliyev Mərkəzində solo konsertindən sonra jurnalistlərə müsahibəsində söyləyib.

Müğənni daha sonra deyib: "Mənim mahnılarımın əksəriyyəti sevgi haqqındadır, çünki mən təbiətən romantik adamam. Bu mahnıları ifa etməkdən böyük məmnunluq duyuram. Şadam ki, uzun illər boyu insanlar mənim yaradıcılığımı qiymətləndirirlər”.

 

Azərbaycan.- 2019.-1 may.- S.8.