Bolqarıstanın “Eurokom” xəbər portalı “Formula-1” yarışına geniş yer ayırıb

 

Bolqarıstanın "Eurokom” xəbər portalı Bakıda keçirilmiş "Formula-1” SOCAR Azərbaycan Qran-prisinə geniş yer ayırıb.

Saytda yerləşdirilən məqalədə bildirilib ki, Qran-prinin qalibi olan "Mercedes” komandasının finlandiyalı pilotu Valtteri Bottas bu mövsüm ikinci dəfə finiş xəttinə birinci çatıb. Pilot cari mövsümdə ilk qələbəsini Avstraliya Qran-prisində qazanıb. Azərbaycan Qran-prisində qalibiyyət finlandiyalı pilotun karyerasında beşinci qələbəsi olub.

Diqqətə çatdırılıb ki, V.Bottas "Formula-1” SOCAR Azərbaycan Qran-prisində 51 dövrəni 1 saat 31 dəqiqə 52,942 saniyəyə başa vuraraq qalib gəlib. O, pilotların yarışında 87 xalla birinci sıradadır. V.Bottasın komanda yoldaşı Lüis Hamilton 86 xalla ikinci, "Ferrarinin almaniyalı sürücüsü Sebastyan Fettel isə 52 xalla üçüncü yerdə qərarlaşıblar.

 

Azərbaycan.- 2019.- 1 may.- S.8.