“Əmək pensiyaları haqqında” Azərbaycan
Respublikasının Qanununda dəyişiklik
edilməsi barədə
Azərbaycan Respublikasının
Qanunu
Azərbaycan Respublikası
Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin
16-cı bəndini rəhbər
tutaraq Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
Maddə 1. "Əmək
pensiyaları haqqında”
Azərbaycan Respublikasının
Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2006, ¹ 3, maddə
208, ¹ 12, maddə 1019; 2007, ¹ 12, maddə 1194; 2008, ¹ 4, maddə
254, ¹ 6, maddə 464, ¹ 7, maddə
602, ¹ 8, maddələr 699, 710; 2009, ¹ 6, maddələr 395, 399, ¹ 11, maddələr
877, 879; 2010, ¹ 7, maddə 579; 2011, ¹ 4, maddə 267, ¹ 6, maddə
465, ¹ 7, maddə 597, ¹ 12, maddə
1109; 2012, ¹ 11, maddələr 1037, 1044;
2013, ¹ 3, maddə 223, ¹ 5, maddə
485, ¹ 6, maddələr 608, 614; 2015, ¹ 5, maddə 494; 2017, ¹ 5, maddə
676, ¹ 7, maddə 1289, ¹ 10, maddə
1776, ¹ 12 (I kitab), maddə
2193; 2018, ¹ 5, maddə 865, ¹ 12 (I kitab), maddə 2504; Azərbaycan Respublikasının
2019-cu il 1 fevral tarixli 1482-VQD nömrəli və 19 fevral tarixli 1515-VQD nömrəli qanunları)
aşağıdakı dəyişikliklər
edilsin:
1. 19.1.4-cü və
19.1.6-cı maddələr ləğv
edilsin;
2. 19.3-cü maddədə
"19.1.6-19.1.8-ci” sözləri
"19.1.7-19.1.8-ci” sözləri ilə əvəz edilsin.
Maddə 2. Bu Qanun
2019-cu il aprelin 1-dən tətbiq edilir.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
23 aprel 2019-cu il
Azərbaycan.- 2019.-2 may.- S. 2.