Azərbaycan və Türkiyə müdafiə nazirləri
görüşüb
İstanbulda səfərdə olan Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov mayın 1-də türkiyəli həmkarı Hulusi Akar ilə görüşüb.
Müdafiə
Nazirliyinin mətbuat xidmətindən
AZƏRTAC-a bildiriblər ki,
görüşdə ölkələrimiz arasında hərbi
əməkdaşlığın inkişaf
perspektivləri, regionda sabitliyin
təmin edilməsində Azərbaycan Ordusunun
və Türkiyə Silahlı Qüvvələrinin rolu müzakirə olunub.
Tərəflər hərbi, hərbi-texniki, hərbi təhsil
sahələrində əməkdaşlıq, birgə təlimlərin
keçirilməsi və qarşılıqlı maraq doğuran digər məsələlər
barədə fikir mübadiləsi
aparıblar.
Azərbaycan.-
2019.- 2 may.- S.5.