İlham Əliyevin yeni hədəfləri

 

Və Azərbaycanın növbəti inkişaf modeli

 

Prezidentin sədrliyi ilə keçirilən hökumətin son iclası ənənəvi mahiyyətindən bir qədər fərqləndi. Yəni hər zaman olduğu kimi, ötən rübün hesabatı və qarşıda duran vəzifələr barədə danışıldı, amma İlham Əliyevin bəyan etdiyi bir məqam - Azərbaycanın yeni iqtisadi inkişaf modelinin hazırlanması xəbəri Nazirlər Kabinetinin hesabat tədbirinə mühüm əlahiddəlik gətirdi.

Ən əsası isə, Prezident bu dəfə yalnız qarşıdakı bir rübün, bir ilin hədəflərini deyil, ümumilikdə uzun müddəti əhatə edəcək yüksəliş strategiyasının - yeni iqtisadi modelin müəyyən istiqamətlərindən bəhs etdi.

 

"İnkişafın Azərbaycan modeli” - ilk milli yüksəliş proqramı

 

Azərbaycanın inkişaf modelinin hazırlanması informasiyası yeni olduğundanmodelin geniş məzmunu barədə hələ müfəssəl məlumat verilmədiyindən onun haqqında geniş şərh vermək mümkün deyil. Ancaq nəzərə alaq ki, hazırlanan model, əslində, əvvəlki modelininkişaf proqramlarının məntiqi davamıdır, həmçinin dövrün çağırışları ilə təkmilləşdirilmiş, daha da modernləşdirilmiş, ən müasir hədəfləri ehtiva edəcək yeni mərhələsidir.

Əvvəlki model - İnkişafın Azərbaycan modeli adı ilə tanınan və İlham Əliyevin müəllifi olduğu strategiya Heydər Əliyevin iqtisadi kursunun əsasında təşəkkül tapmışdı. Müstəqilliyin ilk illərində dağıdılmış, tam böhran içində olan iqtisadiyyatı 1993-cü ildən etibarən yeni düzənə yönləndirən, 1994-cü ildə imzalanan "Əsrin müqaviləsi”ni iqtisadi siyasətinin lokomotivinə çevirən, 1995-ci ildən isə bu sahədə artıq genişmiqyaslı islahatlara başlayan ulu öndər nəticə etibarilə məmləkəti tənəzzüldən hərtərəfli tərəqqiyə çıxartdı və Azərbaycanı Qafqazın iqtisadi gücü kimi təsbit etdi.

Bu möhkəm təməl üzərində 2003-cü ildən yeni iqtisadi siyasət həyata keçirilməyə başlandı. İlham Əliyevin müəyyənləşdirdiyi hədəflər əsasında hazırlanan yeni iqtisadi kurs nəticəsində ölkəmiz,

- "Qafqazın lideri” hüdudlarından çıxaraq, MDB və Şərqi Avropa məkanında ən güclü iqtisadi inkişaf göstəricilərinə yiyələndi;

- dünya səviyyəsində tanınan səmərəli və etibarlı partnyorlardan birinə çevrildi;

- yeni enerji siyasətinin konturlarını müəyyənləşdirən ölkə kimi Qərbin əsas təchizatçılarından biri oldu;

- qitələrarası ən səmərəli logistika-nəqliyyat qovşağı yaradaraq, Çindən İngiltərəyədək böyük bir regionda tranzit mərkəzlərindən biri kimi qəbul edildi;

- mükəmməl iqtisadi qanunvericilik bazası və güclü sahibkarlıq sinfi formalaşdırdı, iqtisadiyyatın neftdən asılılığının minimuma endirilməsi sahəsində müsbət nəticələr əldə etdi, qeyri-neft sektorunun inkişafının dayanaqlığı təmin olundu;

- yeni istehsal müəssisələrinin işə düşməsi ölkənin iqtisadi potensialını artırdı, regional tərəqqi milli inkişafın əsas göstəricilərindən birinə çevrildi, "Made in Azerbaijandünyada nüfuzlu brend kimi tanındı;

- iqtisadiyyatın bütün sahələrinin modernləşməsinə nail olundu, genişmiqyaslı islahatlar proqramı qəbul edildiuğurla həyata keçirildi;

- inkişaf etməkdə olan ölkəyə çevrilən Azərbaycan postsovet məkanında bazar iqtisadiyyatına keçidi başa vuran ilk dövlət oldus.

Bütün bunlar İnkişafın Azərbaycan Modelinin əsas mahiyyəti, istiqaməti və gerçəyə çevrilən hədəflərinin bir qismidir.

 

"Qlobal böhranda milli inkişaf strategiyası” - Azərbaycanı ümumdünya iqtisadi təlatümlərindən qoruyan islahatlar konsepsiyası

 

2010-cu ildən etibarən dünyada başlayan yeni maliyyə böhranı onlarla dövlətdə ciddi iqtisadi-sosial böhrana, hətta bəzi ölkələrin iqtisadi sisteminin iflasına səbəb oldu. Məhz İnkişafın Azərbaycan Modelinin uğurla tətbiqi səbəbindən ölkəmiz uzun dövr üçün bu zərərli meyillərdən qorundu. Lakin 2014-2015-ci illərdə dünya bazarında neftin qiymətlərinin birdən-birə 4 dəfə aşağı düşməsi respublikamızda büdcə daxilolmalarına ciddi problemlər yaratdı.

Şübhəsiz, böhran Azərbaycana da sirayət etdi. Ancaq uğurlu model ölkəmizi ciddi sosial təlatümlərdən, iqtisadi böhranlardan qorudu. Baş verən çətinliklər birbaşa xarici təsirlərlə bağlı olduğundan, onların hamısını zərərsizləşdirmək mümkün deyildi. Lakin düzgün iqtisadi-sosial siyasət Azərbaycanı böhrana təslim olan dövlətlər cərgəsinə salmadı, hələ üstəlik inkişafın dayanaqlığı təmin olundu.

İlham Əliyevin iqtisadiyyatda yeni dövrün çağırışlarına, tələblərinə uyğun həyata keçirdiyi islahatlar geniş miqyas aldı. Bu dövrdəki tədbirlər proqramını "Qlobal böhranda milli inkişaf strategiyası” adı altında ümumiləşdirmək olar.

 

Yeni iqtisadi model - möhkəm təməl, real hədəflər

 

2016-cı ildə iqtisadiyyatın əsas sektorları üzrə Strateji Yol xəritələrinin hazırlanması, 2017-ci ildə iqtisadi modernləşmənin yeni mərhələsinə başlanılması, 2018-ci ildə yeni islahatlar kursunun tətbiqi, 2019-cu ildən isə yeni sosial paketin elanı, əslində, İlham Əliyevin yeni iqtisadi modelinin ilkin konturlarını fəaliyyət hədəflərini əks etdirirdi.

İndiyədək bu sahədə əldə olunan nəticələr genişmiqyaslıdır, olduqca əhəmiyyətlidir. Dünyada maliyyə, iqtisadiyyat, sosial sahələrdə böhranın tüğyan etdiyi, sabitləşmənin gözlənmədiyi son illərdə ölkəmiz istisnasız olaraq bütün istiqamətlərdə müsbət göstəricilər əldə edib. Elə sadəcə son üç ilin göstəriciləri timsalında Azərbaycanın iqtisadi mənzərəsini təsvir etmək olar. Məsələn, bu illərin müqayisəsində,

- minimum əməkhaqqı, pensiya, müxtəlif sosial kateqoriyalara verilən təqaüdlər, müavinətlər 2 dəfəyə yaxın artırılıb; illik inflyasiya göstəricisi 12,4 faizdən 2,3 faizə qədər enib; strateji valyuta ehtiyatları 37,9 milyard dollardan 46,7 milyard dollara qalxıb; büdcə xərcləri 17 milyard 800 milyon manatdan 25 milyard 200 milyon manata qədər yüksəlib; qeyri-neft məhsullarının ixracında bir milyard dollarlıq artıma nail olunub; ümumi daxili məhsulun göstəricisi 54 milyard manatdan 80 milyard manatadək artıb; Dünya Bankının "Doing Business” hesabatında Azərbaycan 63-cü yerdən 25-ci yerə yüksəlib s.

Prezident bu göstəriciləri mühüm uğur kimi səciyyələndirir, lakin arxayınlaşmağa əsas görmür. Onun təbirincə desək, bu sahədə yeni, daha təkmil addımlar atılmalı, tədbirlər həyata keçirilməli dünyanın ən mütərəqqi təcrübəsi Azərbaycana gətirilməlidir. Bütün bunlar isə daha da uğurlu inkişaf modelinin ərsəyə gəlməsinə təminat verəcək.

"Yeni inkişaf modelinin əsas mahiyyəti nədən ibarət olacaqsualına indidən cavab vermək mümkün olmasa da, onun nəticəsinin necə olacağını elə bu gün tam arxayınlıqla söyləmək olar:

Müəllifinin İlham Əliyev olduğu bütün islahatlar, proqramlar, layihələr kimi iqtisadiyyatın yeni inkişaf strategiyası da uğurla hazırlanacaq, layiqincə tətbiq ediləcək daha böyük inkişafın təməlinə çevriləcək!

 

İxtiyar HÜSEYNLİ

 

Azərbaycan.- 2019.- 2 may.- S.6.