“Naxçıvan-2019”
Beynəlxalq Şahmat
Festivalının açılış
mərasimi keçirilib
Mayın 1-də Naxçıvan Dövlət
Musiqili Dram Teatrında
ümummilli lider Heydər Əliyevin anadan olmasının
96-cı ildönümünə həsr olunmuş
“Naxçıvan-2019” Beynəlxalq Şahmat Festivalının
açılışı olub.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin
mətbuat xidmətindən
AZƏRTAC-a bildirilib ki,
əvvəlcə festival iştirakçıları
ümummilli liderimiz Heydər Əliyevin abidəsini ziyarət edərək ehtiramlarını
bildirib, Heydər Əliyev Muzeyinə gələrək dahi şəxsiyyətin həyatı,
siyasi və dövlətçilik fəaliyyəti
ilə bağlı eksponatlara baxıblar.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin
Sədri Vasif Talıbov, Azərbaycan Respublikasının gənclər
və idman naziri Azad Rəhimov, Azərbaycan Şahmat Federasiyasının prezidenti
Elman Rüstəmov və
Türkiyə Respublikası
Şahmat Federasiyasının
prezidenti, Beynəlxalq
Şahmat Federasiyasının
vitse-prezidenti Gülkız
Tülay açılış
tədbirində iştirak
ediblər.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin
Sədri Vasif Talıbov Azərbaycan xalqının ümummilli
lideri Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə
həsr olunmuş
“Naxçıvan-2019” Beynəlxalq Şahmat Festivalının
açılışı münasibətilə iştirakçıları
təbrik edib, şahmatçıları və
qonaqları salamlayaraq
deyib: Azərbaycanda tarixən şahmat geniş yayılmışdır.
Ümummilli liderimiz Heydər
Əliyevin ölkəmizə
rəhbərliyi dövründə
isə şahmat daha da inkişaf
etdirilmiş, bu idman növü gənc nəslin intellektual potensialının
formalaşdırılmasına öz töhfəsini vermişdir.
Ali Məclisin Sədri deyib: Bu gün Azərbaycan o ölkələrdəndir ki,
şahmat dövlət
səviyyəsində himayə
olunur. Ölkə Prezidenti cənab
İlham Əliyevin qayğısı sayəsində
Azərbaycanda və onun Naxçıvan Muxtar Respublikasında şahmat sistemli və ardıcıl inkişaf etdirilir. Naxçıvan şəhərində müasir Şahmat Mərkəzi, muxtar respublikanın rayonlarında
isə uşaq-gənclər
şahmat məktəbləri
tikilib istifadəyə
verilmiş, ümumtəhsil
məktəblərində şahmat
fənni tədris olunur. Hər il muxtar
respublikada ümummilli
lider Heydər Əliyevin anadan olmasının ildönümünə
həsr olunmuş beynəlxalq şahmat festivalının keçirilməsi
isə Naxçıvanı
beynəlxalq şahmat
mərkəzlərindən birinə çevirmişdir.
Artıq
muxtar respublikada reytinqli şahmatçılar
yetişir. Hazırda Naxçıvanda
bir qrossmeyster, iki beynəlxalq şahmat ustası, üç FİDE ustası,
bir beynəlxalq hakim və bir FİDE hakimi fəaliyyət göstərir. 4 minə yaxın gənc şahmatla məşğul olur.
Gənc şahmatçılardan
üçünün adı
Naxçıvan Muxtar
Respublikası gənc
istedadlarının “Qızıl
kitabı”na yazılmış, onlar
Ali Məclis Sədrinin
aylıq xüsusi təqaüdünə layiq
görülmüşlər.
"Hər il olduğu kimi, bu il
də “Naxçıvan
- 2019” Beynəlxalq Şahmat
Festivalı iştirakçılarının
kütləviliyi ilə
fərqlənir", - deyən
Ali Məclisin Sədri
yarışların əsl
idman mübarizəsi şəraitində keçəcəyinə və
şahmatçıların ölkələrini layiqincə
təmsil edəcəklərinə
əminliklə “Naxçıvan-2019” Beynəlxalq Şahmat Festivalını açıq
elan edib, idmançıların hər
birinə qələbə
arzulayıb.
Azərbaycan Respublikasının
Gənclər və İdman naziri Azad Rəhimov çıxış
edərək deyib ki, ölkəmizdə bədən tərbiyəsi
və idmanın inkişafı, idmanın maddi-texniki bazasının
gücləndirilməsi və
bu sahədə qazanılan nailiyyətlər
ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli Liderin
ölkəmizə rəhbərliyi
dövründə digər
idman növləri kimi, şahmat da inkişaf edib. Bu gün
Ulu Öndərin siyasi kursunun layiqli davamçısı
ölkə Prezidenti cənab İlham Əliyev də idmanın, o cümlədən
şahmatın inkişafına
xüsusi diqqət yetirir. Azərbaycan dünyada şahmatın
inkişafına dair Dövlət Proqramı qəbul edən ilk ölkədir. Bu, şahmatın inkişafına
göstərilən dövlət
qayğısının bariz
nümunəsidir. Artıq gənclərin
zehni inkişafında
mühüm vasitə
olan şahmat ölkəmizdə çox
sevilən idman növünə çevrilib.
Azərbaycanda şahmat üzrə
yüksək səviyyəli
beynəlxalq turnirlər,
o cümlədən Naxçıvanda
Ulu Öndərin doğum gününə həsr olunmuş beynəlxalq şahmat festivalı keçirilir.
Azərbaycan Respublikası Şahmat Federasiyasının sədri
Elman Rüstəmov çıxış
edərək deyib ki, ulu öndər
Heydər Əliyev ölkəmizə hər iki rəhbərliyi dövründə şahmatın
inkişafına dövlət
səviyyəsində qayğı
göstərib. Dahi rəhbərin siyasi
xəttinin ölkə
Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla
davam etdirilməsi Azərbaycanda digər sahələrlə yanaşı,
şahmatın da davamlı inkişafına,
tədrisinə və
kütləviliyinə səbəb
olub. Bu gün
Azərbaycan dünyada
şahmat ölkəsi
kimi tanınır.
Kişi və qadınlardan ibarət milli komandalarımız beynəlxalq
şahmat yarışlarında
uğurlar qazanırlar.
Eyni zamanda, Azərbaycanda şahmat üzrə mötəbər beynəlxalq
yarışlar keçirilir.
2015-ci ildə şahmat
üzrə Dünya Kubokunun, 2016-cı ildə
isə Ümumdünya
Şahmat Olimpiadasının
Bakı şəhərində
keçirilməsi, eləcə
də hər il ənənəvi olaraq Naxçıvanda ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş beynəlxalq şahmat festivalının
təşkil edilməsi
bunu bir daha təsdiq edir. Bu gün
Naxçıvanda yaradılan
şahmat infrastrukturu,
şahmatın inkişafı
və tədrisi sahəsində görülən
işlər nümunə
gücündədir. Azərbaycan Respublikasının
Şahmat Federasiyası
ilə Naxçıvan
Muxtar Respublikası Şahmat Federasiyası arasında əlaqələrin
gücləndirilməsi isə
perspektivli şahmatçıların
üzə çıxarılmasına
töhfə verir.
Elman Rüstəmov muxtar respublikada şahmatı hərtərəfli
himayə etdiyinə görə Ali Məclisin Sədrinə minnətdarlıq
edib.
Türkiyə Respublikası
Şahmat Federasiyasının
prezidenti, Beynəlxalq
Şahmat Federasiyasının
vitse-prezidenti Gülkız
Tülay Naxçıvanda
olmaqdan və şahmat festivalının
təşkilindən böyük
məmnunluq duyduğunu
bildirərək deyib:
"Azərbaycan xalqının
ümummilli lideri, türk dünyasının
böyük oğlu Heydər Əliyevin anadan olmasının
96-cı ildönümü münasibətilə onun vətənində keçirilən
beynəlxalq şahmat
festivalı mühüm
əhəmiyyətə malikdir.
Ölkələrimiz arasındakı əlaqələrin
uğurlu inkişafı
bir çox sahələrlə yanaşı,
idmanı da əhatə edir. Xüsusilə şahmat sahəsindəki
əməkdaşlıq məmnunluq
doğurur. Türkiyədə şahmat inkişaf edir. Bu işdə
Azərbaycan şahmatçılarının,
şahmat müəllimlərinin
və ustalarının
böyük əməyi
vardır. Naxçıvandakı şahmat məktəbləri
örnək və nümunə kimi qəbul edilir. Ona görə də Naxçıvanda şahmatın
inkişafı sahəsində
görülən işlər
beynəlxalq səviyyədə
tanıdılmalı və
təbliğ olunmalıdır".
Beynəlxalq dərəcəli hakim, şahmat
festivalının baş
hakimi Faiq Həsənov deyib ki, Naxçıvanda şahmat festivalı yüksək səviyyədə
təşkil olunur. 9 ildir keçirilən
festival Beynəlxalq Şahmat
Federasiyasının təqviminə
ən yaxşı
festival kimi daxil edilib. Hər il festivalda
dünya və Avropa çempionları, beynəlxalq reytinqli və istedadlı gənc şahmatçılar
iştirak edirlər. Bu da onu göstərir ki, beynəlxalq şahmat ictimaiyyəti festivala mühüm əhəmiyyət
verir. Ümummilli lider Heydər
Əliyevin anadan olmasının 96-cı ildönümünə
həsr olunmuş
“Naxçıvan-2019” Beynəlxalq Şahmat Festivalının
yüksək səviyyədə
təşkil olunması
yarışların uğurla
keçirilməsinə əminlik
yaradır.
Bildirilib ki, “Naxçıvan-2019” Beynəlxalq
Şahmat Festivalında
14 ölkədən 356 şahmatçı
iştirak edir. Festivalda
iştirak edən şahmatçılar arasında
20 beynəlxalq qrossmeyster,
15 beynəlxalq usta və 15 FİDE ustası vardır.
Sonra şahmat festivalının
püşkü atılıb.
Tədbirdə Naxçıvan Dövlət
Filarmoniyasının kollektivi
konsert proqramı ilə çıxış
edib.
Azərbaycan.- 2019.- 2 may.- S.6.