İran televiziyası Azərbaycan Qran-prisi haqqında süjet təqdim edib

 

İranın ingilisdilli "PRESS TV” televiziyası Bakıda keçirilən "Formula-1” Azərbaycan Qran-prisi haqqında süjet təqdim edib.

AZƏRTAC xəbər verir ki, süjetdə yarışların müvəffəqiyyətlə keçirildiyi qeyd olunub. Diqqətə çatdırılıb ki, pilotlar 6 kilometrlik Bakı Şəhər Halqasında gərgin idman mübarizəsi aparıblar.

Süjetdə yarışın qalibləri, Qran-prinin statistik göstəriciləri haqqında da məlumat verilib.

 

Azərbaycan.- 2019.-2 may.- S.8.