İslahatların yeni mərhələsi
başlayır
İlham Əliyev qarşıdakı hədəfləri və
iqtisadiyyatın yeni inkişaf
strategiyasının hazırlandığını bəyan etdi
"Hazırda iqtisadiyyatımızın yeni inkişaf strategiyası üzərində işləyirik, bu proses başlanmışdır. Bu prosesə qabaqcıl beynəlxalq mütəxəssislər, alimlər cəlb ediləcək ki, yeni inkişaf strategiyamız uğurlu olsun və gözəl nəticələrə gətirib çıxarsın. Bu günə qədər görülmüş işlər bunun üçün gözəl zəmin yaratdı. Biz əsas infrastruktur layihələrini icra etdik”.
Nazirlər Kabinetinin 2019-cu ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında Prezident İlham Əliyev həm ölkə iqtisadiyyatının uğurlu inkişaf istiqamətlərini, həm də islahatların hədəflərini açıqladı. Dövlət başçısı idarəetmə sahəsində də islahatların aparılmasına böyük ehtiyac olduğunu vurğulayaraq hər bir sahədə inkişaf üçün böyük meydanın olduğunu diqqətə çatdırdı.
Həqiqətən də bu ilin 3 ayında reallığa çevrilən islahatların uğurları onu deməyə əsas verir ki, müəyyən edilən hədəflərə doğru inamlı addımlar atılır. Son 3 ayda həm iqtisadi göstəricilərə, həm də uğurlu nailiyyətlərə nəzər yetirək.
- Ümumi daxili məhsul 3 faiz artıb;
- Valyuta ehtiyatları 46,7 milyard dollara qalxıb;
- Ölkə iqtisadiyyatına 2,8 milyard dollar sərmayə qoyulub;
- Büdcə daxilolmaları 200 milyon manatdan çox artıb;
- Büdcə xərcləri 25 milyard 200
milyon manata qədər artıb;
- Sənaye istehsalı 4,4 faiz çoxalıb;
- Qeyri-neft sektorunda sənaye istehsalı 15,6 faiz artıb;
- İnflyasiya aşağı səviyyədədir
- 2,1 faiz;
- Kənd təsərrüfatı 3,6
faiz, əhalinin gəlirləri isə 5,5 faiz çoxalıb;
- Qeyri-neft sektoruna 2 milyard dollar sərmayə yatırılıb;
- Minimum əməkhaqqı
və minimum pensiyalar təxminən 40 faiz artıb;,
- Sosial müavinətlər orta hesabla 2 dəfə çoxalıb;,
- Məcburi köçkünlərə verilən
müavinət 50 faiz artıb;
- İki böyük zavod - karbamid və yüksək sıxlıqlı
polietilen zavodları açılıb;
- Qazlaşdırmanın
səviyyəsi 95 faizə
çatıb;
- Bu il
10 milyonuncu vətəndaş
dünyaya gəlib;
- 35 min insan ödənişli ictimai işlərlə təmin
edilib;
- 602 min 347 nəfərə
problemli kreditlərin ödənişlərinə başlanılıb;
- Regionların sosial-iqtisadi inkişafına
dair IV dövlət proqramı qəbul edilib və s.
Görülən işlər onu deməyə əsas verir ki, həyata
keçirilən bütün
islahatlar uğurlu nəticələr verir. Dövlət başçısı isə
bəyan etdi ki, iqtisadi, sosial
sahələrdə və
bütün başqa sahələrdə islahatlar
bundan sonra da aparılacaq. Bütün bunlar isə xalqın rifah halının yaxşılaşdırılmasına
və dövlətin qüdrətinin daha da güclənməsinə
xidmət edir.
Ancaq Prezident hesab edir ki, daha
böyük uğurlar,
yəni hər bir sahadə irəli getmək üçün Azərbaycanda
da yeniliklər, müsbət təcrübə,
dünyada mövcud olan ən mütərəqqi
yanaşma tətbiq edilməlidir. Əlbəttə ki, bütün
bunların tətbiqi Azərbaycana hər sahədə böyük dividentlər qazandıracaq
və Prezidentin dediyi kimi bundan
sonrakı mərhələdə
də Azərbaycan vətəndaşının rifa
halının daha da yaxşılaşdırılmasının
ən ön planda olduğuna şahidlik edəcəyik.
Bütün bunlarla yanaşı Prezident İlham Əliyevin həyata keçirdiyi sosial-iqtisadi islahatlar Azərbaycan iqtisadiyyatının keyfiyyətcə
yeni mərhələsini
təmin etməklə
yanaşı ölkəmizin
bölgədə təhlükəsiz
məkan kimi tanınmasını şərtləndirib.
Qarşıda duran hədəflərə
gəlincə isə Prezident ilk növbədə
regionların sosial-iqtisadi
inkişafı ilə
bağlı icra edilməyən layihələrin
dördüncü dövlət
proqramı çərçivəsində
həll ediləcəyini
vurğuladı. Bəlli oldu ki, strateji
yol xəritələrində
nəzərdə tutulan
bütün layihələrin
uğurla icrasından
sonra 2021-2025-ci illəri
əhatə edən yeni proqram işlənib
hazırlanacaq: "Dördüncü
dövlət proqramı
çərçivəsində bu gün hələ
də görə bilmədiyimiz bütün
layihələri icra edəcəyik. Bu, möhkəm bir zəmindir. Biz bu zəmin üzərində
yeni iqtisadi inkişaf modeli qurmalıyıq və qururuq. Bizdə həm təcrübə, həm də iradə var… Beləliklə, biz indiki yol
xəritələrinin icrasını
uğurla başa vurmalıyıq və
2021-2025-ci illəri əhatə
edən yeni proqramı işləyib təqdim etməliyik”.
Prezident bu il reallaşacaq layihələr barədə də ətraflı məlumat verərək aidiyyatı qurumlara ciddi tapşırıqlar verdi. Beləliklə, bu il ölkədə aşağıdakı layihələrin gerçəkləşdirilməsi planlaşdırılır:
- Minimum 1000 kilometr
avtomobil yolu çəkilməlidir;
- Şəhid ailələrinə dövlət tərəfindən ən azı 800 mənzil veriləcək;
- Təqribən 6 mindən çox məcburi köçkün ailəsi üçün mənzillər tikiləcək;
- Qarabağ müharibəsi əlillərinə ən azı 600 minik avtomobili veriləcək;
- 10-a yaxın yeni mərkəzi rayon xəstəxanası fəaliyyətə başlayacaq;
- İki olimpiya idman mərkəzi istifadəyə veriləcək;
- 6 milyon insan dövlət hesabına tibbi müayinədən keçəcək;
- Bakıya 300 ən müasir avtobus gətiriləcək;
- Zəlzələ bölgəsində (Şamaxı, Ağsu, İsmayıllı) minlərlə yeni ev tikiləcək;
- Sakibkarlara 170 milyon manat həcmində
kredit veriləcək;
- 5 şəhərdə
içməli su layihəsi başa çatdırılacaq;
- Sahibkarlar bu il təqribən 8 min ödənişli
ictimai iş yeri yaradacaqlar;
- Bölgələrdə
5, Bakıda 2 "ASAN xidmət”
mərkəzləri açılacaq
və s.
Göründüyü kimi ilin sonunadək
mühüm sosial-iqtisadi
layihələrin reallaşdırılması
nəzərdə tutulur. Bütün bunlar
əlbəttə ki, dövlətin ölkə
vətəndaşlarına göstərdiyi diqqətin
bariz təcəssümüdür.
Ancaq islahatların daha geniş vüsət alması və davamlı uğurlara nail olunması üçün dövlət
başçısının söylədiyi kimi daim inkişaf və axtarış olmalıdır. Elə buna görə də dövlət başçısı əldə
edilən uğurlarla,
nailiyyətlərlə kifayətlənməməyi
məsləhət görür:
"Daim irəliyə
baxmalıyıq. Əminəm ki, biz bu ili
də uğurla başa vuracağıq,
2019-cu il də ölkəmiz üçün,
xalqımız üçün
uğurlu olacaq”.
Prezidentin söylədiyi kimi qarşıda yeni hədəflər var. İnkişafın
dayanıqlı və
uzunmüddətli olması
üçün inamla
çalışmalı və
gələcəyə nikbinliklə
baxılmalıdır və
bu prosesə təkcə hökumətin
və dövlət qurumlarının deyil, bütün cəmiyyətin
dəstək göstərməsi
vacib şərtlərdəndir.
Rəşad BAXŞƏLİYEV
Azərbaycan.-
2019.- 3 may.- S.1; 9.