Polşa Respublikasının
Prezidenti Zati-aliləri
cənab Andjey Dudaya
Hörmətli cənab
Prezident,
Ölkənizin milli bayramı – Konstitusiya Günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm.
Azərbaycan-Polşa əlaqələri zəngin
tarixə və xoş ənənələrə
malikdir. İnanıram ki, dövlətlərarası
münasibətlərimizin hazırkı
yüksək səviyyəsi
siyasi təmaslarımızın
müvəffəqiyyətlə davam etdirilməsi, iqtisadi və mədəni sahələrdə
əməkdaşlığımızın
daha da dərinləşdirilməsi
üçün daim möhkəm təməl olacaqdır.
Bu əlamətdar
gündə Sizə möhkəm cansağlığı,
işlərinizdə uğurlar,
dost Polşa xalqına
əmin-amanlıq və
rifah arzulayıram.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
30 aprel 2019-cu il.
Azərbaycan.- 2019.-3 may.- S.4.