ISESCO-nun Baş direktoru:
“Mehriban
Əliyevanın humanitar sahədəki fəaliyyəti
bütün dünyada
xanımlar üçün gözəl
nümunədir “
“Bakı Prosesi”nin tərkib hissəsi olan Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu dünyanın müxtəlif mədəniyyətləri və dinləri arasında qarşılıqlı anlaşma və əməkdaşlığın təmin olunması baxımından gözəl platformadır.
AZƏRTAC xəbər verir ki, bu fikirləri “Ayrı-seçkilik, qeyri-bərabərlik və zorakı münaqişəyə qarşı fəaliyyət naminə dialoq quraq” şüarı altında Bakıda keçirilən V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun iştirakçısı İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ISESCO) Baş direktoru Əbdüləziz Osman Əl-Tuveycri deyib.
“2011-ci ildən keçirilməyə başlayan bu Forumun uğurlu olmasının əsas səbəbi Azərbaycan rəhbərliyinin ölkələr arasında dialoq, sülh, qarşılıqlı anlayış kimi dəyərlərə, eləcə də müxtəlif mədəniyyətlər və dinlər arasında dostluq mühitinin yaradılmasına sadiqliyidir. Məhz bu dəyərlər mədəniyyət və dinlər arasında mövcud anlaşılmazlıqları aradan qaldırmağa kömək edir. Əminəm ki, “Bakı Prosesi” xalqlar arasında əməkdaşlıq və anlaşmanın möhkəmləndirilməsini təmin edəcək, həmin mədəniyyəti formalaşdırmağa təkan verəcək. Təmsil etdiyim ISESCO təşkilatının da bu Forumun təşkilatçılarından biri olduğuna görə qürur duyuram”, - deyə Əbdüləziz Osman Əl-Tuveycri bildirib.
Azərbaycan
Respublikasının Birinci vitse-prezidenti,
Heydər Əliyev Fondunun prezidenti,
UNESCO və ISESCO-nun xoşməramlı səfiri
Mehriban Əliyevanın bəşəriyyətə
xidmət edən bir çox
tədbirlərin fəal iştirakçısı
olmasını, eyni zamanda,
bu tədbirlərin keçirilməsi
istiqamətindəki töhfələrini yüksək qiymətləndirən
ISESCO-nun Baş direktoru deyib: “Birinci vitse-prezident Mehriban Əliyeva nəinki ölkə daxilində
keçirilən, həmçinin regional
və beynəlxalq səviyyəli tədbirlərin fəal
iştirakçısıdır. Onun humanitar sahədəki fəaliyyəti,
ehtiyacı olan insanlara
göstərdiyi diqqət və qayğı nəinki İslam ölkələrində, hətta bütün dünyada
xanımların bu zəngin təcrübədən
yararlanması üçün gözəl
nümunədir”.
Azərbaycan.-
2019.-3 may.- S.4.