Kuani Şimon:
“Azərbaycan dünyanın mədəniyyətlərarası
dialoq mərkəzlərindən birinə çevrilib”
Bakıda keçirilən
Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu
xalqlar, icmalar və cəmiyyətlər arasında dialoq
üçün optimal şəraitin və bu şəraitin
həm daxili, həm də millətlərarası "müxtəliflik
dividendlərini”, yəni cəmiyyətlərin daha da müxtəlifləşməsindən
irəli gələn fayda və üstünlükləri
artırmaq yollarını araşdırmağa imkan yaradacaq.
Bu fikri AZƏRTAC-a müsahibəsində
forum çərçivəsində BMT-nin Sivilizasiyalar
Alyansının təşkil etdiyi "Qlobal vətəndaşlıq
təhsili: sülh mədəniyyətinin
aşılanması” aralıq sessiyasının panelçisi,
UNESCO-min Sülh və Dayanıqlı İnkişaf üzrə
Mahatma Qandi Təhsil İnstitutunun təhsil vasitəsilə
zorakı ekstremizmin qarşısının alınması
üzrə mütəxəssisi Kuani Şimon deyib.
O qeyd edib ki, forumda 105-dən
çox ölkə və 35-dən çox beynəlxalq təşkilatın
yüksək səviyyəli rəsmilərinin iştirakı
"Bakı Prosesi”nin coğrafiyasının və beynəlxalq
əməkdaşlığın genişlənməsindən
xəbər verir. Forumun Bakıda təşkili Azərbaycanın
dünyanın mədəniyyət və mədəniyyətlərarası
dialoq mərkəzlərindən birinə çevrilməsinə
dəlalət edir. Dialoq, anlaşma, sülh, sabitlik, mehriban
birgə yaşama, tolerantlıq kimi şüarların və
təbliğat işlərinin yayılması olduqca vacibdir. Azərbaycana
və Prezident İlham Əliyevə belə bir təşəbbüsü
reallaşdırdığına görə təşəkkür
edirəm.
Azərbaycan.- 2019.-3 may.- S.4.