Müxtəlifliyin idarə
olunması: çoxsəviyyəli və çoxtərəfli
əməkdaşlıq
Beşinci Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində ilk plenar sessiya “Müxtəlifliyin idarə olunması: çoxsəviyyəli və çoxtərəfli əməkdaşlıq” mövzusunda olub.
AZƏRTAC xəbər verir ki, sessiya Alfred Dik adına Vətəndaşlıq və Qloballaşma İnstitutunun direktoru və UNESCO-nun Dinlərarası Dialoq və Mədəniyyətlərarası Anlaşma üzrə UNITWIN Şəbəkəsinin təşkilatçısı Fethi Mansurinin moderatorluğu ilə keçib. Fethi Mansuri deyib ki, çoxtərəflilik və mədəniyyətlərarası dialoq mövzusu bir çox alimlərin elmi işlərində mövzu kimi götürülüb. Mədəniyyətlərarası dialoq səmərəli bir yoldur, cəmiyyəti narahat edən çağırışların həlli deməkdir. Məhz mədəniyyətlərarası dialoqla müxtəlifliyi əldə etmək mümkündür. Mədəniyyətlərarası dialoq çoxsəviyyəli olmalıdır.
Plenar sessiyada çıxış edən UNESCO-nun xoşməramlı səfiri İvon Baki deyib ki, zorakı münaqişələr, qeyri-bərabərlik, ayrı-seçkilik qəbuledilməzdir, konsensus vacibdir. Biz fəaliyyətimizi üç aspektə yönəltməliyik: fiziki, əxlaqi və zehni. Fiziki baxımdan yoxsulluq aradan qaldırılmalıdır. Çünki yoxsulluq bərabərsizliyə və ayri-seçkiliyə gətirib çıxarır. Bərabərsizliyin mövcud olduğu cəmiyyətdə zorakılıq çoxalır. Zehni aspektdə bir-biri ilə fiziki təması olmayan cəmiyyətlər arasında əlaqə qurmalıyıq. Fəaliyyətimizin əxlaqi aspektinə gəldikdə isə deyə bilərik ki, hər bir din insanlara öz daxillərində ölməz ruhun yaşadığını öyrədir. Bu ruh insanları həmin prinsipə bağlayır. Təəssüf ki, İslam dini bəzən yanlış olaraq zorakılıq dini kimi qələmə verilir. Lakin həqiqətdə İslam dini sülh, əmin-amanlıq dinidir. Dinlər insanları birgəyaşayışa çağırır. Ona görə də bu gün dinlərin bizə göstərdiyi yolu hamımız ümumi yol kimi qəbul etməliyik.
Azərbaycan Respublikasının UNESCO yanında daimi nümayəndəsi səfir Anar Kərimov mövzunun aktuallığını vurğulayıb. Bildirib ki, dünyada qloballaşma dinamik gedir. Bu gün sosial, iqtisadi fonda multikulturalizm böyük əhəmiyyət kəsb edir. Gündən-günə cəmiyyətimiz daha da müxtəlif olur. Məhz müxtəliflik sayəsində biz bir çox ölkələrin təcrübəsi ilə tanış oluruq. Mədəni müxtəliflik innovasiyalara və yaradıcılığa imkan açır. Ayrı-seçkilik isə ksenofobiyaya yol açır. Yeni Zelandiyada və Şri-Lankadakı acınacaqlı hadisələri fərqli ideologiyalara malik insanlar törədib. Bu cür hadisələr insanlar arasında yanlış təəssüratların yaranmasına və zorakılığa gətirib çıxarır.
Anar Kərimov Azərbaycanın
tolerantlıq və multikulturalizm modelindən danışıb. Qeyd edib ki, ölkəmizdə multikultural
dəyərlər müxtəlif
proqramlarla dəstəklənir,
inkişaf etdirilir.
Anna Lind Fondunun
icraçı direktoru
Nabil El-Şərif deyib ki, dünyada
müxtəlifliyə etimad
azalır. Dörd il əvvəl
təsis olunmuş
Anna Lind Fondunun qarşısında
hədəf var: mədəniyyətlərarası dialoq ideyasını təşviq etmək. Biz, həmçinin hansı davranışların
daha münasib olması ilə bağlı tədqiqatlar aparırıq. Araşdırmaların nəticələrinə görə,
insanlar birbaşa təmas qurmağa və virtual qaydada mədəniyyətlərarası dialoqlara müsbət yanaşırlar. Müxtəliflik sosial inkişafın mənbəyidir.
Bu Forum maraqlı
tərəfləri eyni
məqsəd ətrafında
birləşdirən, həmçinin
təcrübə mübadiləsi,
müxtəlif təşkilatlar
arasında əlaqələrin
qurulmasına imkan yaradan uğurlu platformadır.
Kanadanın Ottava Universitetinin dini müxtəliflik və sosial dəyişikliklər sahəsində
tədqiqat üzrə
rəhbəri Lori Biman
deyib ki, müxtəliflik insan həyatını zənginləşdirir. Biz bir-birimizə tolerant yaşamalıyıq,
bir-birimizin oxşar cəhətlərinə baxıb
birlikdə yaşamağı
öyrənməliyik. Buna yalnız əməkdaşlıqla
nail olmaq mümkündür.
Avstraliyanın Müxtəliflik üzrə
Şurasının baş
icraçı direktoru
Liza Annes Forumun vacibliyini vurğulayıb və buna görə
Azərbaycan hökumətinə
təşəkkürünü bildirib. O deyib ki, burada aparılan müzakirələr müxtəlif
ölkələrin cəmiyyətlərinin
tərəqqisinə xidmət
edir. Vurğulayıb ki, müxtəlifliyə
dözümlülük insana
uşaqlıqda verilən
tərbiyənin bir hissəsi olmalıdır.
Bu ideya bir
çox ölkələr
tərəfindən müsbət
qarşılanır.
Sivilizasiyalararası Dialoq Araşdırmaları
İnstitutunun baş icraçı direktoru Jan-Kristof Bas bu cür təşəbbüsə
görə Azərbaycan
hökumətinə minnətdarlığını
bildirib. O, Forumun hər dəfə daha uğurlu təşkilinə, coğrafiyasının
genişlənməsinə, aktual mövzular ətrafında müzakirələrin
aparılmasına şahid
olduğunu deyib. Baş icraçı direktor “Bakı Prosesi”nin inklüziv
cəmiyyətin qurulması,
davamlı inkişafa
nail olmaq üçün
dinlər, mədəniyyətlər
və müxtəlif xalqlar arasında dialoq və əməkdaşlığın təşviqi baxımından
əhəmiyyətini vurğulayıb.
Qeyd edib ki, müxtəliflik
uğurlara yol açan amildir.
Sessiyada mövzu ətrafında geniş müzakirələr
aparılıb.
Azərbaycan.- 2019.-3 may.- S.7.