Dördüncü nazirlər
görüşü
Beşinci Ümumdünya Mədəniyyətlərarası
Dialoq Forumu çərçivəsində mayın 2-də dördüncü
nazirlər görüşü
keçirilib.
AZƏRTAC xəbər
verir ki, dəyirmi masa formatında təşkil olunan tədbir “Dəqiq transformativ fəaliyyət üçün
mədəniyyətlərarası dialoqun səfərbər olunması” mövzusuna həsr edilib. Görüşdə dünyada baş verən qarşıdurmalar,
zorakılığın aradan
qaldırılması, əməkdaşlığın
qurulması və digər mühüm mövzularda çıxışlar
dinlənilib.
Azərbaycanın mədəniyyət naziri Əbülfəs Qarayevin sədrliyi ilə keçirilən tədbirdə
V Ümumdünya Mədəniyyətlərarası
Dialoq Forumunun tarixi əhəmiyyətindən
söz açılıb.
Forumda 100-dən çox
ölkə və
30-dan çox beynəlxalq
təşkilatın yüksək
səviyyəli rəsmilərinin
iştirak etdiklərini
bildirən Ə.Qarayev
vurğulayıb ki, Bakı Forumu beynəlxalq mədəniyyətlərarası
dialoqa bir proses kimi baxır.
Nazir deyib ki, Ümumdünya
Mədəniyyətlərarası Dialoq Forumu BMT-nin illik hesabatında
əsas platforma kimi qeyd olunub.
Ötən müddət
ərzində Forumun mövzusu xeyli dəyişib və tədbirin mövzusu mövcud dünyanı narahat edən məsələləri əhatə
edir: “Biz təkcə Azərbaycanda deyil, ölkəmizdən kənarda
da dialoqların qurulmasına çalışırıq.
Biz inanırıq ki, mədəniyyətlərarası
müxtəlifliyə öz
töhfəmizi verə
bilirik. Bizim görüşlər və təcrübələrin
bölünməsi böyük
təşəbbüslər verə bilər”.
Mədəniyyətlərarası dialoqun bir tələb
olduğunu vurğulayan
nazir Forumun sülhə əsaslanan dünyanın qurulması
məqsədini güddüyünü
bildirib. Foruma dəstək verən
bütün təşkilatlara
minnətdarlığını bildirən Ə.Qarayev hamını müzakirələrdə
iştiraka dəvət
edib.
BMT-nin Sivilizasiyalar Alyansı üzrə Ali nümayəndəsi
Migel Anxel Moratinos deyib ki, mədəniyyət hər bir millətin
tarixidir. Bu və
ya digər cəmiyyətin quruluşunu
öyrənmək üçün
onun mədəni irsinin elementlərinə diqqət yetirmək lazımdır.
Foruma töhfə vermək üçün birgə əməkdaşlığın önəmini vurğulayan
BMT-nin nümayəndəsi
burada müzakirə olunan məsələlərin
müasir dünyanın
qorunması baxımından
önəm daşıdığını
vurğulayıb.
Forumun Şərqlə Qərb arasında yeni körpülər yaratdığını
söyləyən Avropa
Şurasının Baş
katibinin müavini Qabriella Battaini-Draqoni Azərbaycanın mədəniyyətlərarası
dialoqda aparıcı dövlətlərdən biri
olduğunu bildirib. Avropa Şurasının dünyada
mədəniyyətlərarası və sivilizasiyalararası
dialoqun gücləndirilməsi,
gənclərin maarifləndirilməsi
və digər istiqamətlərdə kompleks
iş apardığını
deyən Qabriella Battaini-Draqoni dünyanın
130-dan çox ölkəsində
icra etdikləri “Mədəniyyətlərarası şəhərlər şəbəkəsi”
layihəsindən söz
açıb. Bildirib ki,
hər bir şəhər onlar üçün bir təcrübə laboratoriyasıdır.
Belə bir mötəbər tədbirə
dəstək verdiyinə
görə Azərbaycan
hökumətinə minnətdarlığını
bildirən ISESCO-nun Baş
direktoru Əbdüləziz
bin Osman əl-Tuveycri deyib ki, artıq
beşinci dəfə
keçirilən bu forumun coğrafiyası çox genişlənib. "Biz uzun illər
əl-ələ verərək
Forumu dünyanın ən vacib tədbirlərindən
birinə çevirdik
və siyasi liderləri bu vacib mövzu ətrafında toplaya bildik. Biz qlobal
dünyada yaşayırıq,
özü də 20 il əvvəlki dünyadan fərqli dünyada", - deyə
ISESCO-nun Baş direktoru
vurğulayıb.
Baş direktor vurğulayıb ki, dünyadakı bir çox problemlərin həlli yolları var və bu məsələləri
humanitar, sülhsevər
qüvvələr bir
yerdə müzakirə
etməlidir. Müharibə, zorakılıq münaqişələrin
həlli yolu deyil. Bunu artıq siyasi
qüvvələr də
başa düşür.
Biz sülhməramlı missiyalardan istifadə etməliyik. Yalnız bu
yolla münaqişələrin
qarşısını ala bilərik.
Biz bu istiqamətdə
müştərək şəkildə
çalışmalıyıq.
Əbdüləziz bin Osman
əl-Tuveycri deyib:
“Son illər terrorizmi İslamla əlaqələndirmək
kimi yersiz fikirlər səsləndirilir.
Bu, İslama təhqirdir.
İslah
sülh, bərabərlik,
qarşılıqlı hörmət
və insanlığa
xidmət edən bir dindir. Dünyanın bir çox
ölkələrində günahsız
insanlar öldürülür,
şəhərlər dağıdılır,
insanlar məcbur qalaraq yaşadıqları
yerləri tərk edir. Əgər biz belə məcburi
miqrasiyanın qarşısını
almaq istəyiriksə,
insanlara yaşadıqları
yerlərdə münbit
şərait yaratmalıyıq.
Biz bir-irimizlə dialoqa girməli və anlaşmaya meyilli olmalıyıq.
Əks təqdirdə, dünyamız
bu problemlərdən çıxış yolu tapmayacaq. Biz sülh və əmin-amanlıq içində
yaşamaq istəyiriksə,
birlikdə işləməliyik.
Gəlin
səbirlə, inamla işimizi davam etdirək və irəli gedək”.
Uruqvayın xarici işlər naziri Rodolfo Nin Novoa çıxışında mədəniyyətlərarası
dialoqun sülhü irəliyə doğru aparan bir vasitə
olduğunu bildirib. O, bu dialoqun müxtəlif ölkələr arasında
yaxınlaşmaya xidmət
etdiyini vurğulayıb.
“Musiqinin, mədəniyyətin
dili insanları dialoqa kökləyə bilər. Biz bunun sayəsində güclü
əlaqələr qura
və dəstəyə
nail ola bilərik.
Bu, xalqların rifahı üçün
lazımdır. Hamımız buna xidmət etməliyik”, - deyə nazir bildirib.
Sülhün bərqərar olması üçün bu Forumun çox böyük önəm daşıdığını söyləyən Qananın
xarici işlər naziri Şirli Botçvey deyib ki, ölkəsi buradakı müzakirələrə
töhfə vermək
istəyir. Qonaq ölkəsində insanlar,
dinlər arasında mövcud olan həmrəylikdən, müxtəlifliyə
verilən dəyərlərdən
söz açıb:
“Bu gün dünya görünməmiş sülh
və təhlükəsizlik
çağırışları ilə üzləşir. Bu, bizdən həmrəylik
tələb edir və insan hüquqlarının
qorunması baxımından
önəmlidir".
Ölkələrimiz arasında tarixi dostluq əlaqələrindən
danışan İranın
mədəniyyət və
İslam əlaqələri
üzrə naziri Abuzər İbrahimi Forumun işini yüksək dəyərləndirib. Müasir dünyamızda
baş verən yeniliklərdən və kamil insan yetişdirməyin
zəruriliyindən söz
açan qonaq insanların sülh və barış içində yaşamasının
zəruriliyindən danışıb.
Bildirib ki, heç vaxt dünyamız indiki qədər ədalətsizlikdən və
qanunsuzluqdan əziyyət
çəkməyib. Bu
səbəbdən də
dünyamızın sülhə
və sabitliyə böyük ehtiyacı
var.
Monteneqronun mədəniyyət
naziri Aleksandar Boqdanoviç deyib ki, bu cür
dialoq vasitəsilə
sülhə, insan təhlükəsizliyinə nail ola bilərik.
Ölkəsinin Azərbaycanla geniş
əməkdaşlıq qurmaqda
maraqlı olduğunu söyləyən nazir bildirib ki, hazırda
bu istiqamətdə danışıqlar aparılır.
Türk dünyasının
birliyi və təbliği baxımından
reallaşdırılan layihələrdən,
keçirilən tədbirlərdən
söz açan Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının
(TÜRKSOY) baş katibi
Düsen Kaseinov deyib ki, Azərbaycanda
artıq 5-ci dəfə
təşkil olunan bu Forum ötən müddət ərzində
dünyada sülhün
bərqərar olmasına
mühüm töhfələr
verib. “Prezident
İlham Əliyevin
2019-cu ili “Nəsimi ili” elan etməsi
TÜRKSOY-un fəaliyyət proqramına yeni bir stimul verib.
Təşkilat böyük Azərbaycan
şairinin həyat və yaradıcılığının
tanıdılması və
təbliği məqsədilə
təşkil olunacaq tədbirlərə geniş
yer ayırıb”- deyə o vurğulayıb.
Ümumdünya Mədəniyyətlərarası
Dialoq Forumunun qloballaşma prosesində anlaşmaya təkan verdiyini söyləyən
Küveytin informasiya və gənclərlə iş naziri Mohammad Naser Abdullahı Aljabri deyib ki,
mədəniyyətlərarası dialoq günümüzün
zərurətidir. Nazir qeyd
edib ki, bütün ölkələrin,
etnik qrupların mədəniyyətləri bəşəriyyətin
irsidir. Dövlətlər mədəniyyətin inkişafına kömək
göstərməlidir.
Qambiyanın xarici işlər naziri Mamadou Tanqara, Əlcəzairin mədəniyyət
naziri Meriem Merdaci, Myanmanın təhsil naziri Myo Thein Gyi,
Andorranın UNESCO üzrə
Milli Komissiyasının
baş katibi Joan Miquel Armengol Petit, Qırğızıstanın mədəniyyət,
informasiya və turizm naziri Azamat
Zhamankulov, İnsan Hüquqlarının İnkişafı
və Qlobal Dialoq üzrə Cenevrə Mərkəzinin
icraçı direktoru
İdris Cəzairi,
TÜRKPA-nın nümayəndəsi
Sadık Şer-Niyaz və başqaları multikulturalizm, tolerantlıq,
davamlı inkişaf mövzularında çıxış
ediblər.
Mədəni dəyərlərin məhv
edilməsi, oğurlanması
və mənimsənilməsinin
qarşısının alınmasından
danışan natiqlər
ölkələrinin bu
məsələyə xüsusi
önəm verdiyini söyləyiblər.
"Biz sülh,
birgəyaşayış mədəniyyəti
aşılamaqla terrorizmin
qarşısını ala bilərik. Bu istiqamətdə birgə çalışmalıyıq", - deyə çıxışlarda
vurğulanıb.
Geniş fikir mübadiləsinin aparıldığı görüşə
yekun vuran Əbülfəs Qarayev bildirib ki, növbəti
gündə də iştirakçıları mühüm
mövzuları özündə
ehtiva edən məruzələr gözləyir.
Azərbaycan.- 2019.-3 may.- S.8.