Gənclərin fərqlilikləri arasında körpü yeni vasitələr
və metodlar tətbiq etməklə qurulur
Beşinci Ümumdünya Mədəniyyətlərarası
Dialoq Forumu çərçivəsində keçirilən
sessiyalardan biri də "Yeni vasitələr və metodlar tətbiq
etməklə gənclərin fərqlilikləri arasında
körpünün qurulması: təcrübələrə əsaslanan
hekayələr" mövzusuna həsr edilib.
AZƏRTAC xəbər verir ki, sessiyaya moderatorluq edən UNESCO-nun Mədəniyyətlərarası dialoq proqramı üzrə mütəxəssisi Coysi Monteyro qeyd edib ki, bu dialoq olduqca mühümdür. Bu, dünya gəncləri arasında fərqliliyi üzə çıxarır. Gənclər müxtəlif bacarıqları bir-birilərinə aşılayır. İnsanlar müxtəlif şəraitlərdə yaşamağı bacarmalıdır.
Tədbirdə çıxış edən Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının sədri Məryəm Məcidova bildirib ki, rəhbərlik etdiyi qurum gənclər arasında multikultural dəyərlərin təbliği işini həyata keçirir. O əlavə edib ki, təşkilat Avropadakı donorlarla birlikdə layihələr həyata keçirir. Azərbaycandakı tolerantlıqdan danışan təşkilat sədri vurğulayıb ki, ölkəmizdə müsəlman, xristian, yəhudi gənclər birlikdə fəaliyyət göstərirlər. Azərbaycan Ermənistanla münaqişə vəziyyətində olsa da, bu gün Bakıda erməni kilsəsi mövcuddur. Bu, Azərbaycanın fərqli mədəniyyətlərə və dinlərə dəyər verdiyini göstərir.
Anna Lind Fondunun Mədəniyyətlərarası Trendlərin Tədqiqi və Proqramlaşdırılması şöbəsinin rəhbəri Elyanora İnsalako qeyd edib ki, paneldə əsasən gənc xanımların iştirakı təqdirəlayiqdir. O, rəhbərlik etdiyi Fondun fəaliyyəti barədə danışıb. Bildirib ki, Fond dünyanın müxtəlif yerlərində, xüsusilə də Aralıq dənizi hövzəsi ölkələrində geniş fəaliyyət göstərir. Fond tərəfindən müəyyən əyani vəsaitlər nəşr edilib ki, bu da dialoqun qurulmasına töhfə ola bilər. Hazırda qurum "gənclərin səsi" layihəsi üzərində çalışır. Bu layihənin məqsədi gənclər liderlik bacarığının artırılması və debat aparmaq imkanlarının inkişaf etdirilməsidir.
Sonra ABŞ-ın Dyuk Universitetinin
professoru Darla Duadorfun videoçıxışı yayımlanıb. O, mədəniyyətlərarası
dialoqun, gənclər
arasında əlaqələrin
əhəmiyyətini qeyd
edib. Bildirib ki, UNESCO-nun reallaşdırdığı
layihələr dünya
gəncləri arasında
əməkdaşlığı gücləndirir.
Monitorinq və Qiymətləndirmə
üzrə QHT-nin nümayəndəsi Maksvel
Katakve də UNESCO-nun layihələrinin önəmindən
söhbət açıb. Əlavə edib
ki, belə layihələrdən faydalanan
gənclər bir araya gələrək bir-birilərinin təcrübələrindən
istifadə etmək imkanı əldə edirlər.
Kosta-Rika Aborigen Fondunun üzvü Lusyana Batala Bun bildirib ki, UNESCO-nun müvafiq layihəsi sayəsində
ölkəsində gənclərin
görüşü təşkil
edilib. Bu görüşün
çox faydalı nəticələri olub.
Frans Jonas Avropa Tədris Mərkəzinin müəllimi
Anna Mariya Hase deyib ki, o, Avstriyanın
paytaxtı Vyana ətrafında bir məktəbdə çalışır. Məktəbdə fərqli ailələrdən
olan uşaqlarla təmasda olduğunu deyən müəllim bu fərqlilikdən bəhs edib.
İnsan Hüquqları üzrə
Ərəb İnstitutunun
təlimçisi Yasmin
Vertani də diqqəti UNESCO-nun gənclər
arasında dialoqun qurulmasına imkan verən layihələrinə
yönəldib. Qeyd edib ki, gənclərin bir-birinə
yaxınlaşması imkanını
yaradan bu layihələr, eyni zamanda, onların üzərindəki psixoloji
gərginliyin aradan qaldırılmasına imkan
verir.
Sessiya
müzakirələrlə davam edib.
Azərbaycan.-
2019.-3 may.- S.8.