İslamofobiya müsəlman ölkələrinə qarşı yönəlmiş məkrli və düşünülmüş siyasətin təzahürüdür

 

Mayın 2-də V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində "İslamofobiyanı dayandırın, dinlərarası maariflənmə ilə stereotipləri aradan qaldırın və kompleks müxtəliflikləri idarə edinmövzusunda sessiya keçirilib.

AZƏRTAC xəbər verir ki, sessiya İtaliya İslam Dini Cəmiyyətinin prezidenti Yahya Pallavicininin moderatorluğu ilə keçirilib.

Tədbirdə çıxış edən "Jamiyah Singapore" təşkilatının prezidenti Mohd Hasbi Abu Bakar, Finlandiyanın Milli Təhsil İdarəsinin nümayəndəsi Soad Onniselka, Azərbaycan İlahiyyat İnstitutunun prorektoru Aqil Şirinov, Albaniyanın Təhsil, İrsTurizm İnstitutunun direktoru Ramiz Zekaj, Hozes İnstitutunun direktoru Yacine Hilmi və İspaniyanın Azzaqra Mədəniyyət Assosiasiyasının direktoru Antonio Romero dünyada islamofobiyanın fəsadları və ona qarşı mübarizə yollarından danışıblar.

Bildirilib ki, islamofobiya kimi təhlükəli tendensiyanın artması dünyanın bu günü və gələcəyi üçün ciddi narahatlıq doğurur. Təəssüf ki, hazırda dünyada islamofobiya meyilləri artmaqdadır. İslamofobiya anlayışı immiqrantlaraetnik azlıqlara qarşı münasibətdə ksenofobiyairqçilik mənasında başa düşülməlidir. Beləliklə, islamofobiya ilə mübarizə, həm də bütün səviyyələrdə irqçiliklə mübarizə kimi başa düşüləcək.

Vurğulanıb ki, bu gün dünyada dini ayrı-seçkilik güclənir. Bu isə dini zəmində qarşıdurmalara gətirib çıxarır. İslamofobiya müsəlman ölkələrinə qarşı yönəlmiş məkrli və düşünülmüş siyasətin təzahürüdür. Belə bir şəraitdə İslam həmrəyliyi çox vacib əhəmiyyət kəsb edir.

Tədbir müzakirələrlə davam edib.

 

Azərbaycan.- 2019.-3 may.- S.8.