Azərbaycan-İƏT əlaqələri müzakirə
olunub
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov mayın 2-də İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibi Yusif bin Əhməd Əl-Osaymin ilə görüşüb.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, İƏT-in Baş katibi V Dünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirakını məmnunluqla qeyd edib. Forumun dünyada sülh, təhlükəsizlik və rifahın təmin olunmasına töhfə baxımından önəmli platforma olduğunu bildirib.
Nazir Elmar Məmmədyarov Forumun rəsmi açılışında Baş katibin çıxışına istinad edərək, mədəniyyətlərarası dialoq, müasir dünyanın üzləşdiyi hədə və təhdidlər, o cümlədən islamofobiya kimi məsələlərin cavablandırılmasına dair İƏT-in yanaşması ilə bölüşdüyü üçün Baş katibə təşəkkür edib.
Tərəflər İƏT-Azərbaycan əlaqələri və əməkdaşlığın daha da inkişaf etdirilməsi imkanları ətrafında geniş fikir mübadiləsi aparıblar. Həmçinin qarşıdan gələn İƏT zirvə görüşünə hazırlıq məsələləri müzakirə edilib.
Görüşdə
qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında
fikir mübadiləsi aparılıb.
Azərbaycan.-
2019.-3 may.- S.9.