Azərbaycan-Qana
münasibətlərinin inkişaf etdirilməsi istiqamətində
fikir mübadiləsi aparılıb
Beşinci Ümumdünya Mədəniyyətlərarası
Dialoq Forumu çərçivəsində Azərbaycanın
xarici işlər naziri Elmar Məmmədyarov Qananın xarici
işlər və regional inteqrasiya naziri xanım Şirley
Ayorkor Boçvey ilə görüşüb.
Xarici İşlər Nazirliyinin mətbuat
xidmətindən AZƏRTAC-a verilən məlumata görə,
ölkəmizdə yenidən olmasından məmnunluğunu
bildirən qanalı nazir forumun yüksək səviyyədə
təşkilini xüsusilə qeyd edib.
Nazirlər iki ölkə
arasında münasibətlərin inkişaf etdirilməsi
istiqamətində fikir mübadiləsi aparıblar.
İnsanlararası təmasların daha da artırılması
məqsədilə qanalı tələbələrin Azərbaycanda
təhsil imkanları müzakirə olunub.
Görüşdə Azərbaycanın
Afrika İttifaqı ilə əməkdaşlığı məsələləri
də nəzərdən keçirilib,
qarşılıqlı maraq doğuran digər mövzular
müzakirə edilib.
Azərbaycan.- 2019.-3 may.- S.9.