Azərbaycanla
Uruqvay iqtisadi, ticarət və texniki əməkdaşlığa
dair saziş imzalayıb
Azərbaycan ötən il Uruqvaya ən
çox neft ixrac edən 5 ölkədən biri olub
Azərbaycan və Uruqvay
arasında iqtisadi əməkdaşlığın inkişaf
perspektivləri müzakirə olunub.
İqtisadiyyat Nazirliyinin mətbuat
xidmətindən AZƏRTAC-a bildirilib ki, iqtisadiyyat naziri
Şahin Mustafayev ölkəmizdə səfərdə olan
Uruqvay Şərq Respublikasının xarici işlər naziri
Rodolfo Nin Novoa ilə görüşüb. Görüşdə
Azərbaycan və Uruqvay arasında iqtisadi əməkdaşlığın
inkişaf perspektivləri müzakirə edilib.
Ş.Mustafayev qeyd edib ki, ölkələrimiz
arasında ticarət əlaqələri inkişaf edir, Azərbaycan
2018-ci ildə Uruqvaya ən çox neft ixrac edən 5 ölkədən
biri olub. Bununla belə, iqtisadi əlaqələrin genişləndirilməsi
üçün böyük imkanlar var. Azərbaycan və
Uruqvay nümayəndə heyətlərinin
qarşılıqlı səfərlərinin təşkili
iqtisadi əməkdaşlığın və biznes
strukturları arasında əlaqələrin möhkəmləndirilməsində
faydalı ola bilər.
Nazir iqtisadi əməkdaşlığın
genişləndirilməsi üçün möhkəm
müqavilə-hüquq bazasının yaradılmasının
önəmini qeyd edib, Azərbaycan və Uruqvay arasında əməkdaşlığın
inkişafı üçün potensialı diqqətə
çatdırıb. Qeyd olunub ki, Uruqvay şirkətləri Azərbaycanda
yaradılmış əlverişli biznes və investisiya
mühitindən faydalana bilərlər.
Uruqvay Şərq
Respublikasının xarici işlər naziri ölkəmizdə
həyata keçirilən islahatlardan və əldə olunan
nailiyyətlərdən məmnunluğunu ifadə edərək
Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdə
aparılan müzakirələrin ikitərəfli əlaqələrin
inkişafında mühüm rol oynayacağını
vurğulayıb. Rodolfo Nin Novoa mövcud potensialdan istifadənin,
iş adamları arasında görüşlərin təşkil
edilməsinin iqtisadi-ticarət əməkdaşlığının
genişləndirilməsində əhəmiyyətini diqqətə
çatdırıb.
Görüşdə Bakıda
keçirilən V Ümumdünya Mədəniyyətlərarası
Dialoq Forumunun əhəmiyyəti və bu Forumun beynəlxalq əməkdaşlığın
möhkəmləndirilməsinə töhfə verəcəyi
vurğulanıb.
Həmçinin görüş
çərçivəsində "Azərbaycan
Respublikası Hökuməti ilə Uruqvay Şərq
Respublikası Hökuməti arasında iqtisadi, ticarət və
texniki əməkdaşlıq haqqında” Saziş
imzalanıb. Sənəddə ölkələrimiz arasında
iqtisadi, ticarət və texniki əməkdaşlığın
genişləndirilməsi məqsədilə Birgə
Komissiyanın yaradılması, kiçik və orta şirkətlər
arasında əməkdaşlığın, hər iki ölkədə
keçirilən beynəlxalq sərgi və yarmarkalarda
iştirakın təşviqi, investisiya sahəsində təcrübə
mübadiləsinin təşkili və sair məsələlər
nəzərdə tutulur.
Azərbaycan.- 2019.- 3 may.- S.9.