“Bakı Prosesi” mədəniyyətlərarası
dialoq sahəsində təcrübəni
bölüşmək üçün əvəzsiz
platformadır
Mənim üçün yenidən Azərbaycana gəlmək böyük şərəfdir. Azərbaycan dinamik, inkişaf edən gənc bir dövlətdir. Mən həm Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun təşkilinə, həm də “Bakı Prosesi”nə görə Azərbaycan hökumətinə təşəkkür edirəm. Son illərdə Azərbaycan bütün dünyada mədəniyyətlərarası dialoqun inkişafına və təbliğ olunmasına xüsusi töhfə verib. Belə ki, Azərbaycan bir çox irimiqyaslı beynəlxalq mədəniyyət tədbirlərinin təşkilatçısı və tərəfdaşı kimi çıxış edir. Bu isə ölkənin həm mədəni, həm də iqtisadi baxımdan inkişafına təkan verir.
AZƏRTAC xəbər verir ki, bu fikirləri “Ayrı-seçkilik, qeyri-bərabərlik və zorakı münaqişəyə qarşı fəaliyyət naminə dialoq quraq” şüarı altında Bakıda keçirilən V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun iştirakçısı, Avropa Şurası baş katibinin müavini xanım Qabriela Battaini–Draqoni bildirib.
“Mədəniyyətlərarası
dialoq sahəsində təcrübələri
bölüşmək üçün bu Forum və “Bakı Prosesi” əvəzedilməz platformadır. Dünyada mövcud olan
hazırkı vəziyyətdə mədəniyyətlərarası
dialoq çox mühüm və vacib bir amildir. 2008-ci ildə Avropa Şurasının “Ağ
kağızlar” adlı hesabatını “Bir
yerdə, ləyaqət içində yaşamaq”
başlığı altında dərc etdik.
Demokratiya, bərabərlik və qanunun aliliyi prinsipi Avropa Şurası üçün
vacibdir, biz bu yolla inkişaf
edirik. 2008-ci ildə Avropa
Şurasına üzv dövlətlərin
mədəniyyət nazirlərinin konfransına Azərbaycanın
təşəbbüsü ilə ilk dəfə
olaraq 10 İslam
ölkəsi dəvət edildi. Bununla da mədəniyyət nazirlərinin konfransı yeni bir formata
transformasiya olundu. Konfrans çərçivəsində
Avropa Şurasına və İslam Konfransı Təşkilatına
üzv dövlətlər
arasında mədəniyyətlərarası
dialoqa dair birgə bəyannamə qəbul olundu. Avropa Şurasına üzv dövlətlər bu prinsipləri qəbul ediblər. Biz bu prinsiplər əsasında
sülhə nail ola bilərik.
Bizim Şimal-Cənub Mərkəzimiz
qlobal vətəndaşlıq
konsepsiyası üzərində
işləyir. Avropa İnsan Hüquqları
Məhkəməsinin qətnamələrində,
Avropa Şurası qurumlarının qərarlarında
tolerantlıq təşviq
olunur. Mədəniyyətlərarası dialoq heç
vaxt bitməyən bir çağırışdır.
Biz bu Forumun
prinsiplərini fəaliyyətə
çevirməliyik. Bu,
bizdən birgəyaşayışa
dair narahatlıqları
aradan qaldırmağa
və dövlət strukturlarını yenidən
qurmağı tələb
edir. Mədəniyyətlərarası dialoqda azlıqların
hüquqlarının qorunması
çox vacibdir.
Tərəqqi siyasi iradə
əsasında təmin
oluna bilər. Çağdaş Avropada ifrat
millətçiliyin və
populizmin inkişafını
görürük. Buna
görə bir çox problemlər yaranır. “Bakı
Prosesi” məhz bu məsələlərə
həsr olunub. Qələbə qazanmaq üçün
bu, çox vacibdir”, - deyə Qabriela Battaini–Draqoni qeyd edib.
Azərbaycan.- 2019.-3 may.- S.9.