Nazir Əbülfəs
Qarayev İranın Mədəniyyət və
İslami Əlaqələr
Təşkilatının sədri
ilə görüşüb
Mayın 1-də Mədəniyyət naziri Əbülfəs Qarayev Bakıda səfərdə
olan İran İslam Respublikasının
Mədəniyyət və
İslami Əlaqələr
Təşkilatının sədri
Abuzər İbrahimi Türkamanın rəhbərlik
etdiyi nümayəndə
heyəti ilə görüşüb.
Nazirlikdən AZƏRTAC-a bildirilib
ki, qonaqları səmimi salamlayan nazir Ə.Qarayev Azərbaycan Respublikası
ilə İran İslam Respublikası arasında mövcud olan dostluq və
qardaşlıq münasibətlərinin
xalqlarımızın əsrlər
boyu malik olduğu mədəni, tarixi bağlantılara söykəndiyini bildirib. Qeyd edib ki, bu
gün iki ölkə arasında bütün sahələrdə
əməkdaşlıq əlaqələri
inkişaf edir.
Sədr Abuzər İbrahimi Türkaman öz növbəsində bu gün dövlətlərimiz
və xalqlarımız
səviyyəsində, ölkələrimiz
arasında qarşılıqlı
hörmətə və
dostluğa əsaslanan
əlaqələrin yaradılmasından
məmnunluğunu ifadə
edib. Həmçinin, İranda
Azərbaycan Mədəniyyəti
Günlərinin ən
yüksək səviyyədə
keçirilməsi üçün
İran tərəfinin
bütün səylərini
əsirgəmədiyini deyən
Abuzər İbrahimi Türkaman Azərbaycan tərəfinin ölkəmizdə
İran Kinosu Günləri və İran İslam Respublikasının Mədəniyyət
Günlərinin təşkil
olunması üçün
hər cür şərait yaratmasını
yüksək qiymətləndirib.
İran İslam Respublikasının
Azərbaycandakı səfiri
Cavad Cahangirzadə və İranın ölkəmizdəki Mədəniyyət
Mərkəzinin direktoru
Əsgər Farsinin də iştirak etdiyi görüşdə
gələcək illərdə
birgə kino həftələri, mədəniyyət
günlərinin keçirilməsi
ilə bağlı fikir mübadiləsi aparılıb.
Nazir Ə.Qarayev bu kimi tədbirlərin keçirilməsinin iki ölkə arasında əməkdaşlığın bundan sonrakı inkişafına müsbət
təsir göstərəcəyini,
mədəni əlaqələrin
daha da sıx
inkişafına təkan
verəcəyini bildirib. İrandakı tədbirlər çərçivəsində
görüşlərini xatırladan
nazir bu əməkdaşlığın ikitərəfli əlaqələrin
daha da inkişafına
vəsilə olacağını
qeyd edib. İran kino mütəxəssisləri
ilə birgə layihələrdən, İranda
təşkil edilən
Fəcr festivalında
Azərbaycan teatrının
uğurlu iştirakından
söz açan Əbülfəs Qarayev mədəniyyətin digər
sahələrində birgə
əməkdaşlığın perspektivlərini də diqqətə çatdırıb.
Bakıda keçirilən Ümumdünya
Mədəniyyətlərarası Dialoq forumlarında İran İslam Respublikasının hər
zaman yaxından iştirakını vurğulayan
nazir nümayəndə
heyətini cari ilin sentyabrın 27-də Bakıda keçiriləcək
Beynəlxalq kitab sərgi-yarmarkasında iştiraka
dəvət edib.
İran nümayəndə heyətinin
rəhbəri Abuzər
İbrahimi Türkaman
bu kimi görüşlərin
qarşılıqlı əməkdaşlığın
möhkəmlənməsi işinə
töhfə verdiyini vurğulayıb və səmimi qəbula görə nazirə təşəkkürünü ifadə edib.
Qeyd edək ki, Abuzər
İbrahimi Türkamanın
rəhbərlik etdiyi nümayəndə heyəti
V Ümumdünya Mədəniyyətlərarası
Dialoq Forumunda iştirak etmək üçün ölkəmizdə
səfərdədir.
Azərbaycan.- 2019.-3 may.- S.10.