Azərbaycan Avropa ilə Asiya arasında əlaqələrin möhkəmləndirilməsində mühüm rol oynayır

 

V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu "Ayrı-seçkilik, qeyri-bərabərlik və zorakı münaqişəyə qarşı fəaliyyət naminə dialoq quraq” şüarı altında keçirildi. Azərbaycan hökumətinin təşkilatçılığı, UNESCO, BMT-nin Sivilizasiyalar Alyansı, Dünya Turizm Təşkilatı, Avropa Şurası və ISESCO-nun tərəfdaşlığı ilə düzənlənən tədbirdə 100-dən çox ölkənin və 30-dan çox beynəlxalq təşkilatın yüksək səviyyəli rəsmiləri iştirak etdilər.

Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə 2008-ci ildən həyata keçirilən "Bakı Prosesinin müxtəlif qitələrdə yaşayan fərqli etnik, mədəni, dinilinqvistik mənsubiyyəti olan ayrı-ayrı insanlarqruplar arasında qarşılıqlı anlayış çərçivəsində səmimiyyət və hörmətə əsaslanan fikir mübadiləsi üçün müsbət platforma yarada bildiyini növbəti forum bir daha təsdiq etdi. Bu illər ərzində coğrafiyası xeyli genişlənən foruma bu dəfə Latın Amerikası ölkələrindən tutmuş Səudiyyə Ərəbistanı, Böyük Britaniya kimi dövlətlərin təmsilçiləri də qatıldılar. V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində insanlar arasında həmrəylik yaratmaqda və müxtəlif icmalarda zorakılığa və ayrı-seçkiliyə qarşı mübarizədə mədəniyyətlərarası dialoqun mühüm rolu öyrənildi.

Bakıda mayın 2-də işə başlayan forumun açılış mərasimində Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva iştirak etdilər. Dövlət başçısı mərasimdə çıxış etdi. Bildirdi ki, bu mötəbər forumda dünyanın 100-dən çox ölkəsindən 500-dən çox nümayəndə iştirak edir. Prezident İlham Əliyev Azərbaycanda əsrlər boyunca müxtəlif dinlərin, etnik qrupların birgə yaşadığını, ölkəmizdə daim dini tolerantlığın hökm sürdüyünü vurğuladı: "Tarix və coğrafiyamız nümayiş etdirir ki, biz yalnız tərəfdaşlıq və qarşılıqlı hörmət ruhunda uğura nail ola bilərik. Azərbaycanın bugünkü sürətli inkişafı da məhz bu mədəni irsimizə və cəmiyyətimizin bütün nümayəndələrinin nümayiş etdirdiyi həmrəyliyə əsaslanır. Biz tariximiz, tarixi abidələrimizlə fəxr edirik. Onlar da əsrlər boyu müxtəlif dinlərin nümayəndələrinin Azərbaycanda yaşayıb-yaratdıqlarını göstərir. Biz qədim tariximizlə fəxr edirik”. Dövlət başçısı qeyd etdi ki, respublikamızda multikulturalizm dövlət siyasətinin mühüm tərkib hissəsidir. Prezident İlham Əliyev 2016-cı ilin Azərbaycanda multikulturalizm, 2017-ci ilin isə "İslam həmrəyliyi ilielan edildiyini qeyd etdi:

"Bu da bizim tarixi irsimizi, kökümüzüdünyaya açıq olduğumuzu nümayiş etdirən, rəmzi məna daşıyan addım idi. Hesab edirəm ki, bu meyillər dünyada üstünlük təşkil etsə, dünyada təhlükəsizlik, proqnozlaşdırıla bilmə və sülh bərqərar olar”. Multikulturalizmbu istiqamətdə Azərbaycanda keçirilən digər silsilə beynəlxalq tədbirlər mühüm əhəmiyyət kəsb edir. "Bakı Prosesinin BMT və digər mötəbər təşkilatlar tərəfindən dəstəkləndiyini deyən Prezident İlham Əliyev burada qəbul edilən qərarların əhəmiyyətdən söz açdı. O, Azərbaycanın Avropa ilə Asiyanın kəsişməsində yerləşdiyini, coğrafiyamızın tariximizə və bugünkü inkişafımıza təsir etdiyini bildirdi. Prezident diqqətə çatdırdı ki, bu gün nisbətən gənc müstəqil dövlət olan Azərbaycan Avropa ilə Asiya arasında körpülərin yaradılmasında mühüm rol oynayır.

Prezident İlham Əliyev dövlət siyasətinin dünya ölkələri ilə əməkdaşlığın və tərəfdaşlığın genişləndirilməsinə yönəldiyini vurğuladı. Respublikamızın həyata keçirdiyi nəhəng layihələri nəzərə çatdıran dövlətimizin başçısı boru kəmərləri vasitəsilə Xəzər dənizinin Qara dənizlə birləşdiyini, Avropanın enerji təhlükəsizliyinə xidmət edən bu kəmərlərin, eləcə də Azərbaycanın təşəbbüsü ilə yaradılan beynəlxalq nəqliyyat dəhlizlərinin həm də ölkələr və xalqlar arasında əlaqələrin daha da möhkəmlənməsinə xidmət etdiyini vurğuladı. Prezident İlham Əliyev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə məlumat verdibu münaqişənin yaratdığı problemlərə baxmayaraq, Azərbaycanın sürətlə inkişaf etdiyini söylədi. Dövlət başçısı forumun işinə uğurlar arzuladı və müzakirələrin səmərəli olacağına əminliyini bildirdi.

Forumda çıxış edən BMT-nin Sivilizasiyalar Alyansı üzrə Ali nümayəndəsi Migel Angel Moratinos Bakı şəhərində birinci dəfə olduğunu söyləyərək məmnunluğunu dilə gətirdi. Qeyd etdi ki, BMT-nin Sivilizasiyalararası Alyansı Azərbaycan Prezidentinin təşəbbüsü ilə yaradılmış "Bakı Prosesinin tərəfdaşıdır. Migel Moratinos dedi: "Zənnimcə, V Forumun başlığı açıq-aydın ismarıcı ehtiva edir. Buraya üç açar söz daxildir: dialoq, dialoqun qurulması və fəaliyyət naminə. Mən istərdim üçüncü konsepsiyanı incələyim. Dialoq, fəaliyyət və bunun nəticəsində yaranan alyansyaxud ittifaq. Mən hesab edirəm ki, bu forum vaxtında təşkil olunub”.

UNESCO-nun Baş direktorunun sosialhumanitar elmlər üzrə müavini Nada Al-Naşif dünyada multikulturalizmin təbliğində və bəşəri dəyərlərin bərqərar olmasında Prezident İlham Əliyevin və ölkəmizin rolunu xüsusi diqqətə çatdırdı. O vurğuladı ki, bəşəriyyətin başlıca hədəfləri müsbət dəyişikliklər, insan hüquqları, dayanıqlı inkişaf və müxtəlifliyin təmin edilməsi olmalıdır.

Bu tədbirin Qərblə İslam dünyası arasında mədəniyyətlərarası dialoqa mühüm töhfə olduğunu vurğulayan İslam Əməkdaşlıq Təşkilatının Baş katibi Yusif bin Əhməd əl-Osaymin mədəniyyətlərarası və sivilizasiyalararası dialoqun zəruriliyini, bütün ölkələrin bu istiqamətdə səylərini birləşdirmələrinin vacibliyini qeyd etdi.

Azərbaycanın mədəniyyətlərarası dialoqda aparıcı dövlətlərdən biri olduğunu söyləyən Avropa Şurasının Baş katibinin müavini Qabriella Battaini-Draqoni "Bakı Prosesinin uğur tarixçəsinə çevrildiyini diqqətə çatdırdı.

Bakı Forumunun dünyanın ən nüfuzlu tədbirlərindən biri olduğunu deyən ISESCO-nun Baş direktoru Əbdüləziz Osman əl-Tuveycri indiki dövrdə dünya liderlərinin siyasi iradə göstərməsinin vacibliyini diqqətə çatdırdı, bu baxımdan Prezident İlham Əliyevin nümunəvi mövqe nümayiş etdirdiyini xüsusi vurğuladı.

 

Zöhrə FƏRƏCOVA

 

Azərbaycan.- 2019.- 4 may.- S.1; 9.