Azərbaycan insan alveri ilə mübarizədə qazandığı uğurlara görə bir çox ölkələrə nümunədir

 

Milli Məclis İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Koordinatorun illik məlumatını qəbul etdi

 

Milli Məclisin dünənki iclası İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Koordinator, daxili işlər nazirinin birinci müavini, polis general-leytenantı Vilayət Eyvazovun "Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dairillik məlumatı ilə öz işinə başladı.

Milli Məclis Sədrinin birinci müavini Ziyafət Əsgərovun sədrliyi ilə keçirilən iclasda çıxış edən Milli Koordinator son illərdə dünyada əsrin təhdid və çağırışlarından hesab edilən insan alverinə qarşı mübarizənin daha da gücləndirildiyini söylədi. Bildirdi ki, buna baxmayaraq hər bir ölkədə insan alveri sabitliyə təhlükə yaradan əsas amillərdən biridir. BMT-nin qlobal hesabatına əsasən, son illər əksər ölkələrdə insan alveri cinayətlərinin sayının artması müşahidə edilibbu əməllər cəzasızlıq mühitinin hökm sürdüyü silahlı münaqişə zonalarında daha geniş yayılıb. Sənəddə qeyd edilib ki, insan alverinə məruz qalanlar arasında qadınlar və azyaşlı qızların xüsusi çəkisi 70 faiz həddində olmaqla aşkarlanmış cinayətlərin 59 faizini cinsi istismar, 34 faizini məcburi əmək faktları təşkil edib.

İnsan alveri ilə mübarizədə beynəlxalq və milli səviyyədə göstərilən səylər də əhəmiyyətli olub. Təkcə ötən il həyata keçirilən tədbirlərlə 17 880 insan alveri cinayəti və 100 mindən çox (100 409) qurban müəyyən edilib, təqsirli şəxslər barəsində məhkəmələr tərəfindən 7045 ittiham hökmü çıxarılıb.

Azərbaycanda insan alverinə qarşı qanunvericilik səviyyəsində atılan addımlarından, Prezident İlham Əliyevin fərman və sərəncamlarından danışan Vilayət Eyvazov nəzərə çatdırıb ki, ölkəyə gələn və ölkədən gedən minlərlə şəxsə insan alveri barədə xəbərdarlıq xarakterli broşurlar təqdim olunub.

Ötən il həyata keçirilən əməliyyat-axtarış tədbirləri ilə ölkədə 144 insan alveri, habelə insan alveri məqsədilə sənədlərlə qanunsuz hərəkətlərlə barədə 35 cinayət qeydə alınıb, 28 nəfərdən ibarət 13 cinayətkar qrup zərərsizləşdirilib, axtarış elan olunmuş 51 təqsirləndirilən şəxsdən 66,6 faiziya 34-ü tutulub. Sənəddə bildirilir ki, insan alveri və məcburi əmək cinayətlərinə görə başlanılmış cinayət işlərindən 27-nin istintaqı tamamlanaraq 34 təqsirləndirilən şəxs (29-u qadın, 5-i kişi) məhkəmə məsuliyyətinə verilib, 23 insan alverçisi barədə ittihamedici hökmlər çıxarılıb.

Zərərçəkənlərdən 95-i Daxili İşlər Nazirliyinin sığınacağına yerləşdirilərək hər birinə tibbi, psixoloji, hüquqi yardımlar göstərilib, 61-i sosial xidmətlərlə əhatə olunması məqsədilə qeyri-hökumət təşkilatlarına, 92-si Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İnsan alveri qurbanları üçün Yardım Mərkəzinə istiqamətləndirilib. Nəticədə onlardan 32-si işlə təmin edilib, 46-sı peşə kursuna göndərilib, 69-u ailələrinə qaytarılıb, eləcə də hər birinə 400 manat məbləğində birdəfəlik müavinət ödənilib.

Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Əmək Münasibətlərinin Monitorinqi Mərkəzi tərəfindən aparılan monitorinqlərlə 79 tikinti obyektində 946 nəfərin əmək və ya xidməti (mülki) müqavilə olmadan çalışdığı aşkar edilib. Yol verilən pozuntularla bağlı 6 işəgötürən təşkilat barədə Respublika Prokurorluğu tərəfindən cinayət işləri başlanılıb, 35-i haqqında 527 min manat həcmində inzibati cərimə, 27-si barədə 468 min manat miqdarında vergi sanksiyası tətbiq edilib.

Məcburi əməyin profilaktikası işində mühüm əhəmiyyət kəsb edən tədbirlərdən biri də ölkədə olmayaşama qaydalarını pozan 19210 əcnəbinin müəyyən edilərək inzibati məsuliyyətə cəlb edilməsi, o cümlədən 3740 nəfərin respublikanın hüdudlarından inzibati qaydada çıxarılması olub.

Uşaq əməyinin istismarının qarşısının alınması məqsədilə keçirilən reydlər zamanı ailə mühitindən, pedaqojiictimai təsir vasitələrindən kənarda qalan, küçələrdə işləyən və dilənçilik edən 450 uşaq müəyyən edilib.

Aparılan yoxlamalarla həmin uşaqların insan alverininya məcburi əməyin qurbanı olması təsdiqlənməyib. Lakin müvafiq problemlərin aradan qaldırılması, uşaqlara qayğı və yardım göstərilməsi məqsədilə yerli icra hakimiyyətləri yanında komissiyalara, qəyyumluq və himayə orqanlarına 760 material göndərilib, övladlarının təlim-tərbiyəsi ilə bağlı üzərinə düşən vəzifələri yerinə yetirməyən 207 valideyn barəsində inzibati tənbeh tədbirləri görülüb.

Milli Koordinatorun sözlərinə görə, insan alveri və məcburi əmək probleminin günümüzün reallığına çevrildiyi müasir dünyada Azərbaycan da öz potensialından maksimum istifadə edərək həmin təhlükələri qabaqlamaq, onlara adekvat reaksiya vermək üçün davamlı tədbirlər görür və bu istiqamətdə qlobal işlərə əhəmiyyətli töhfələr verir. Ölkəmizdə insan alverinə qarşı mübarizə hüquqi müstəvidə aparılaraq bu hüquqazidd əməllərin qarşısının alınması, cinayət təqibinin yüksək səviyyədə həyata keçirilməsi, qurbanların müdafiəsi, ölkədaxili və beynəlxalq əməkdaşlığın gücləndirilməsi istiqamətində böyük fəaliyyət ortaya qoyulub.

Son illərdə milli qanunvericilik aktları və konsepsiyalar rəhbər tutularaq beynəlxalq kriminal şəbəkələrin ölkəmizdə fəaliyyət göstərməsinin qarşısı alınıb, sözügedən cinayətlərin təşkilatçılarının və icraçılarının, onlarla əlaqəli şəxslərin müəyyənləşdirilməsi üçün bütün lazımi tədbirlər görülübbu günsistemli şəkildə həyata keçirilir.

Məruzədən sonra başlanan müzakirələrdə çıxış edən deputatlardan Məlahət İbrahimqızı, Fazil Mustafa, Elmira Axundova, Fərəc Quliyev, Qüdrət Həsənquliyev, Araz Əlizadə, Qənirə Paşayeva bu istiqamətdə görülən işləri təqdir etdilər. Bildirildi ki, Azərbaycan insan alveri ilə mübarizə sahəsinə qazandığı uğurlara görə bəzi ölkələrə nümunədir. Bu istiqamətdə görülən işlərdə deputatlar hər zaman dəstək göstərməyə hazırdırlar.

Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov isə dedi ki, bu məsələdə birgə fəaliyyət göstərilməlidir. İnsan alverini yaradan səbəblərə nəzər yetirilməli və lazımi işlər görülməlidir. Onun sözlərinə görə, Azərbaycana kənardan gələn miqrantların hesabına insan alveri problemi artır. İnsan orqanlarının qanunsuz satılması dünyanın hər yerində var, Azərbaycanda bunun qarşısı alınır.

Sonra Milli Koordinator deputatların səsləndirdikləri bəzi fikirlərə aydınlıq gətirdi. Bildirdi ki, ölkədə uşaq əməyinin istismarının qarşısının alınması məqsədilə 14 dövlət qurumu ilə əməkdaşlıq edilir. Demək olar ki, bu istiqamətdə ciddi tədbirlər həyata keçirilir. Sənəd səsverməyə çıxarılaraq qəbul edildi.

İclasda, həmçinin "Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə (ikinci səsvermə) sənəd də təsdiqləndi.

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidovun təqdim etdiyi "Azərbaycan Respublikası Hökuməti ilə Paraqvay Respublikası Hökuməti arasında diplomatik, rəsmi və ya xidməti pasportlara malik şəxslər üçün viza tələbinin qarşılıqlı olaraq aradan qaldırılması haqqında” sazişin təsdiq edilməsi barədə qanun layihəsi deputatlar tərəfindən müsbət qarşılandı. Sənəd diplomatikya rəsmi, xidməti pasportlara malik şəxslərin bu ölkəyə vizasız gediş-gəlişini təmin edəcək.

"Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” qanunda dəyişiklik edilməsi layihə haqqında isə Milli Məclis Sədrinin birinci müavini, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin rəhbəri Ziyafət Əsgərov məlumat verdi.

Dəyişikliyə əsasən, kəşfiyyat və əks-kəşfiyyat subyektlərinin hərbi qulluqçularının pensiyası artırılır. Qeyd edək ki, hazırda kəşfiyyat və əks-kəşfiyyat subyektlərinin hərbi qulluqçularının pensiyası onların xidmətdən tərxis olunan günə aldıqları pul təminatından hesablanır. Layihədə təklif olunur ki, kəşfiyyat və əks-kəşfiyyat subyektlərinin hərbi qulluqçuları sərəncamdan tərxis olunarkən onların pensiyası sərəncama götürüldüyü günə aldıqları pul təminatından hesablansın. Sənəd səsverməyə çıxarılaraq qəbul edildi.

"İcra haqqında”, "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında”, "Banklar haqqında”, "Sığorta fəaliyyəti haqqında”, "İnvestisiya fondları haqqında” və "Qiymətli kağızlar bazarı haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi haqqında (birinci oxunuş), həmçinin "Hərbi vəzifə və hərbi xidmət haqqında”, "Lisenziya və icazələr haqqında”, "Məktəbəqədər təhsil haqqında” və "Peşə təhsili haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi təsdiqləndi.

Milli Məclis "Auditor xidməti haqqında”, "İnvestisiya fəaliyyəti haqqında”, "Müflisləşmə və iflas haqqında”, "Kiçik sahibkarlığa dövlət köməyi haqqında”, "Yeyinti məhsulları haqqında”, "Notariat haqqında”, "Kredit ittifaqları haqqında” və "Dövlət əmlakının özəlləşdirilməsi haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihələrini üçüncü oxunuşda qəbul etdi. Deputatlar müzakirəyə çıxarılan "Sığorta fəaliyyəti haqqında”, "Bank olmayan kredit təşkilatları haqqında”, "İnvestisiya fondları haqqında”, "Qiymətli kağızlar bazarı haqqında” və "Antidempinq, kompensasiya və mühafizə tədbirləri haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihələrinə (üçüncü oxunuş) də müsbət münasibət bildirdilər.

Müzakirəyə çıxarılan "Aqrar sığorta haqqında” yeni qanun layihəsi barədə (birinci oxunuş) parlamentin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov məlumat verdi. Bildirildi ki, günün tələbinə uyğun olaraq aqrar sahədə sığortanın geniş tətbiqinə, bu sahədə işlək mexanizmin təmin olunmasına ciddi ehtiyac yaranıb. Azərbaycan Prezidentinin imzası ilə Milli Məclisə daxil olmuş yeni qanun layihəsi aqrar sığortanın təkmilləşməsinə xidmət edəcək, ölkədə idxaldan asılılığın azalmasına və ixrac potensialının artmasına təkan verəcək, ərzaq təhlükəsizliyinin güclənməsinə ciddi təsir göstərəcək. "Aqrar sığorta haqqında” qanun fermerlərin maliyyə mənbələrinə çıxışını da asanlaşdıracaq. Yeni qanun aqrar sahədə risklərin müştərək sığorta mexanizmi vasitəsilə sığortalanması ilə bağlı münasibətləri tənzimləyir, aqrar sığortanın hüquqi, iqtisadi və təşkilati əsaslarını müəyyən edir.

Müzakirələr zamanı çıxış edən deputatlardan Vahid Əhmədov, Əli Məsimli, Tahir Rzayev, Musa Quliyev sənədin bu sahədə qanunauyğunsuzluqların aradan qaldıracağını deyərək bildirdilər ki, sığorta bazarında sağlam rəqabət olmalı və aqrar sığorta könüllülük prinsipi əsasında həyata keçirilməlidir. Bütün bunlar da qanun layihəsində əksini tapmalıdır. Deputatlar, həmçinin fikir və təkliflərini də səsləndirdilər. Layihə səsverməyə çıxarılaraq qəbul edildi.

İclasda, həmçinin "Dövlət rüsumu haqqında” (birinci oxunuş) və "Sığorta fəaliyyəti haqqında” (birinci oxunuş) qanunlarda dəyişiklik edilməsi barədə qanun layihələri də müzakirəyə təqdim edildi. Dəyişiklik aqrar sığorta informasiya sistemindən məlumat əldə etməyə görə ödənişin tələb olunmamasını nəzərdə tutur.

Hər iki sənəd səsverməyə çıxarılaraq qəbul edildibununla da Milli Məclisin plenar iclası başa çatdı.

 

Rəşad BAXŞƏLİYEV

 

Azərbaycan.- 2019.- 4 may.- S.2.