Maykl Hardi: V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu “Bakı Prosesinin çox önəmli tərkib hissəsidir

 

Bakıda keçirilən V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu “Bakı Prosesinin çox önəmli tərkib hissəsidir. Azərbaycan Prezidenti tərəfindən 2008-ci ildə irəli sürülən “Bakı Prosesiuğurlu təşəbbüsdür və artıq 11 il ərzində bu proses dünyada baş verən aktual məsələlərin həlli yolunda müzakirələr üçün əvəzolunmaz platformadır. Bütün bunların nəticəsində dünya ictimaiyyəti müxtəlif sahələrdə mövcud problemləri, onların həlli istiqamətində görülən işləri daha yaxşı dərk edir. Bu illər ərzində biz bir çox görüşlər keçirmişik, beynəlxalq təşkilatların nümayəndələri, mütəxəssislər dünyada qarşılaşdıqları çətinliklərlə bağlı fikirlərini bölüşürdünyada sülhün bərqərar olması məqsədilə mövcud problemlərin həll yollarını axtarırlar.

AZƏRTAC xəbər verir ki, bu fikirləri “Ayrı-seçkilik, qeyri-bərabərlik və zorakı münaqişəyə qarşı fəaliyyət naminə dialoq quraq” şüarı altında Bakıda keçirilən V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun iştirakçısı, “Bakı ProsesininÜmumdünya Mədəniyyətlərarası Dialoq forumlarının akademik məsləhətçisi, Böyük Britaniyanın Koventri Universitetinin Etimad, SülhSosial Münasibətlər Mərkəzinin icraçı direktoru, professor Maykl Hardi deyib.

Beşinci Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində insanlar arasında həmrəylik yaratmaqda və müxtəlif icmalarda zorakılığa və ayrı-seçkiliyə qarşı mübarizədə mədəniyyətlərarası dialoqun mühüm rolu müzakirə olunur”, - deyə professor Maykl Hardi əlavə edib.

 

Azərbaycan.- 2019.-4 may.- S.9.